Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
  • Cəmiyyət

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron imzadan istifadə edərkən təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu
Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-27 145901

Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron imzadan istifadə edərkən təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan elektron imzanın başqasına verilməsi həmin şəxslərə aid məlumatların üçüncü tərəflərin əlinə keçməsi riskini yaradır.

Gücləndirilmiş elektron imzalar əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan onun mühasib və ya digər şəxsə nəzarətsiz şəkildə ötürülməsi qurum rəhbərinin rəqəmsal kimliyinin sui-istifadəsinə yol aça bilər. Ümumi olaraq, elektron imza daşıyıcılarının və PİN kodunun başqasına həvalə edilməsi aşağıdakı riskləri və məlumatların ələ keçirilməsi təhlükəsini formalaşdırır:

– Adınıza şirkət açılması və qanunsuz pul köçürmələri

– Vergi borcunun yaranması

– Mülkiyyətinizdə olan ev, avtomobil kimi əmlak məlumatları (ünvanlar, qeydiyyatda olan şəxslər, alındığı tarix və s.)

– Laborotoriya analiz nəticələriniz

– Əməkhaqqı məbləğiniz, pensiya kapitalınız

– Verdiyiniz etibarnamələr

– Adınıza kredit götürülməsi

– Cəlb olunduğunuz məhkəmə işləri

– Sərhədkeçmə məlumatlarınız (tarixlər üzrə getdiyiniz ölkələr)

– Hərbi mükəlləfiyyətiniz, cərimələriniz və s.

Yuxarıda qeyd olunan risklərin qarşısını SİMA yeni nəsil rəqəmsal imza sayəsində almaq mümkündür. Belə ki, burada rəhbər şəxs tam elektron qaydada (kabinet.sima.az) şirkətin istənilən əməkdaşına öz elektron imzasını ötürmədən imza səlahiyyəti verə bilir. Səlahiyyət ötürülən şəxs isə sistemə öz rəqəmsal imzası ilə daxil olduğu üçün rəhbərə aid heç bir şəxsi məlumata baxa bilmir, yalnız daxil olduğu sistem üzrə əməliyyatları icra edə bilir. Əlavə olaraq, hansı əməliyyatın hansı işçi tərəfindən nə vaxt icra edildiyi sistem üzərindən izləmək mümkün olur. Bununla da şəxsi məlumatların kənar şəxslərin əlinə keçməsinin qarşısı alınır.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Sonrakı: Azərbaycanda “Vahid indekslərin siyahısı” genişləndirilib

Bölmənin digər xəbərləri

5HVgvECph8FxCYbSevb
  • Cəmiyyət

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

Cavidan 27 Oktyabr, 2026
hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200
  • Cəmiyyət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Cavidan 27 Oktyabr, 2026
s5Rf3SfhPCW59uRCcub
  • Cəmiyyət

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Cavidan 27 Oktyabr, 2026

Teqlər

AI Aktivlərin idarə edilməsi Android AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese Bank infrastrukturu biznes Business ChatGPT Elektromobil Epic Games Store Google Chrome HDD JBOD NAS Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Qadcetlər QNAP Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya TravelLite Təhlükəsizlik USB 4 World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 354)
  • Dünya (1. 097)
  • Gündəm (3. 478)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (243)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (35)

Xəbər Trendi

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib 5HVgvECph8FxCYbSevb 1
  • Cəmiyyət

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

27 Oktyabr, 2026
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200 2
  • Cəmiyyət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

27 Oktyabr, 2026
Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan s5Rf3SfhPCW59uRCcub 3
  • Cəmiyyət

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

27 Oktyabr, 2026
Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər 1CCYiR93xlpLQMzpgsUTH4U b 4
  • Dünya

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

27 Oktyabr, 2026
Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi 5
  • Texnologiya

Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3354) Dünya (1097) Gündəm (3478) Kateqoriyasızlar (243) Kriminal (305) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (35) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 9
  • 5
  • 6. 622

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.