Skip to content
28 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar
  • Cəmiyyət
  • Siyasət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli
Cavidan 27 Oktyabr, 2026
hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.

Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.

Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.

Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan
Sonrakı: Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

Bölmənin digər xəbərləri

1793186685_5409126373328100129 v
  • Cəmiyyət

Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi

Cavidan 28 Oktyabr, 2026
377fb741-90d7-4 v-a8cdabae2971_1200
  • Cəmiyyət

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir – PROQNOZ

Cavidan 28 Oktyabr, 2026
pCrIZCchC8hO3L V
  • Cəmiyyət

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq

Cavidan 28 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AI Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese biznes Business Cyberpunk Cybersecurity Edgerunners Elektromobil Epic Games Store Fraud Detection HDD JBOD Netflix Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Reytinq Roadster Rəqəmsal İmza Science Sker Ritual smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 359)
  • Dünya (1. 100)
  • Gündəm (3. 483)
  • İdman (256)
  • İqtisadiyyat (171)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (37)

Xəbər Trendi

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək 1793195815_recep-tayyv 1
  • Dünya

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

28 Oktyabr, 2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər 6ae1f730de2426ae1f7 v 2
  • Dünya

Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər

28 Oktyabr, 2026
Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman menzil 3
  • Gündəm

Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman

28 Oktyabr, 2026
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı  1793189944_n V 4
  • Gündəm

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı 

28 Oktyabr, 2026
Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi 1793186685_5409126373328100129 v 5
  • Cəmiyyət

Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi

28 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3359) Dünya (1100) Gündəm (3483) Kateqoriyasızlar (244) Kriminal (307) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (37) İdman (256) İqtisadiyyat (171)

Sayt üzrə statistika

  • 0
  • 71
  • 63
  • 6. 566

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.