Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan
  • Cəmiyyət

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Ötən gün Serbiyada növbədənkənar parlament, Bolqarıstanda isə prezident seçkiləri keçirilib. Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç siyasi kampaniyanın nəticələri
Cavidan 27 Oktyabr, 2026
s5Rf3SfhPCW59uRCcub

Ötən gün Serbiyada növbədənkənar parlament, Bolqarıstanda isə prezident seçkiləri keçirilib.

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç siyasi kampaniyanın nəticələri barədə açıqlamasında hakim Serbiya Mütərəqqi Partiyasının məğlubiyyətini etiraf edib: “Biz bu seçkiləri uduzmuşuq. “Tələbə siyahısı” qalib gəldi: onlar 135-dən 140-a qədər yer əldə edəcəklər, bizdə isə 105 yer olacaq. Parlamentə başqa heç kim keçməyib”.

Yeri gəlmişkən, ölkədə 1992-ci ildən, Yuqoslaviya Federativ Sosialist Respublikası dağılandan sonra ilk dəfə seçki fəallığı 70 faizə yaxın olub. Bununla da Vuçiçin 14 illik hakimiyyətinə son qoyulub. İki ildən az müddət ərzində tələbələr onun 14 illik siyasi hökmranlığını qırmağa nail olublar. Bu həm də Serbiya Mütərəqqi Partiyasının ölkənin gələcəyi ilə bağlı referendumun məğlubiyyəti sayılır.

Vuçiç niyə istefa verdi? Hesab edilirdi ki, onun hakim partiyaya dəstəyi zəifləyib. Bu baxımdan, o, 2026-cı il sentyabrın 27-də hakim partiyanın siyahısına başçılıq etmək üçün Serbiya prezidenti vəzifəsindən istefa verdi. Məqsədi oktyabrın 25-də keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak edərək baş nazir postunu tutmaq idi, çünki ölkə konstitusiyasına əsasən, eyni şəxs üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürə bilməz. Parlamentdə Baş nazir postuna keçid ona ölkədəki real hakimiyyət rıçaqlarını qoruyub saxlamağa imkan verəcəkdi.

Bu, Rusiyada Vladimir Putinin Dmitri Medvedevlə prezident – baş nazir postunun əvəzləməsinə də oxşayır. Yaxud 2018-ci ildə Ermənistanda yeni konstitusiyanın tələblərinə əsasən, Serj Sarqsyan baş nazir olmaq istədi. Ancaq 2018-cilin yazında ölkədə keçirilən etiraz aksiyaları onun bu postda cəmi altı gün qalmasına imkan vermişdi. İndiyədək bu vəzifədə Nikol Paşinyan hökumətə başçılıq edir.

Serbiyada da Vuçiç hakimiyyətinə qarşı 2024-cü ilin noyabrından Novi Saddakı vağzalda beton örtüyün uçması nəticəsində 16 nəfərin ölməsinə etiraz olaraq hökumət əleyhinə nümayişlər keçirilmişdi. Aksiyaçılar hakimiyyəti korrupsiyada ittiham etməklə dəyişikliklər tələb edirdilər. Tənqidçilər stansiyasının fəlakətli şəkildə uğursuz yenidənqurulması layihəsinin isə Prezident Vuçiçlə sıx bağlı olduğunu bildirirdilər.

Təxminən ikiillik etiraz aksiyalarından sonra bu ilin sentyabrında o, vəzifəsindən istefa verərək növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdi.

Aleksandar Vuçiç 1992-1995-ci illərdə Bosniyada müharibə dövründə deputat olarkən parlamentdə açıq şəkildə bildirmişdi: “Öldürülən hər bir serb üçün biz yüz müsəlman öldürəcəyik”.

Bununla da o, bosniyalıların Serbiya tərəfindən soyqırıma məruz qaldığına haqq qazandırmışdı. Sonrakı dövrlərdə – baş nazir və prezident olduğu illərdə də Bosniya və Herseqovina ilə münasibətləri düzəltməyə çalışırdı. Bununla belə, 2015-ci ildə Srebrenitsa qurbanlarının anım mərasiminə qatılaraq gül dəstəsi qoyarkən yerli əhalinin daşlı hücumuna məruz qalmışdı. O, Bosniyada baş vermiş məlum cinayət hadisəsini heç vaxt soyqırım adlandırmamışdı. 2026-cı ilin avqustunda isə bildirmişdi: “Serb qurbanları unudulduğu halda, Serbiyadan heç kimdən daha üzr istəməyəcəyəm”.

O, hakimiyyəti illərində Kosovonun müstəqilliyini tanımamaqla Serbiyanın Avropa İttifaqına yolunu bağlamışdı.

Avropa İttifaqı Serbiyadan əsasən bunları tələb edir: Kosovoyla münasibətlərin normallaşdırılması, xarici siyasətin sinxronlaşdırılması və Rusiyaya qarşı sanksiyalara qoşulması, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizənin güclənməsi, Çin və Rusiyanın təsirinin azaldılması.

Vuçiç hakimiyyəti 14 il ərzində bu və başqa tələbələrə əməl etməmişdir. Xüsusən Rusiya ilə iqtisadi-ticarət əlaqələri azalsa da, kəsilməyib.

Məlumatlara əsasən, 2026-cı ilin birinci yarısında Rusiya ilə Serbiya arasında qarşılıqlı ticarət dövriyyəsi azalmağa davam edərək 953,6 milyon avro təşkil edib. Bu ilin birinci yarısının templəri qorunub saxlanarsa, qarşılıqlı ticarətin illik həcminin təxminən 1,9-2 milyard avro təşkil edəcəyi proqnozlaşdırılır. Tərəflər ticarət həcmini 2022-ci il səviyyəsinə, 4,3 milyard dollara qaytarmaq niyyətində olduqlarını bildirmişdilər. Ancaq logistika, hesablaşmalar və sanksiya təzyiqi ilə bağlı problemlər bu göstəricinin əldə olunmasına hələ ki imkan vermir.

Ona görə, ehtimal etmək olar ki, hakimiyyətə gələcək yeni qüvvələr Moskva-Belqrad arasındakı ticarət əlaqələrini azaltmaqda davam edəcəklər.

Odur ki, Vuçiç hakimiyyətinin süqutu Aİ-nin də şərtlərinin reallaşacağına ümidi artırır.

“Tələbə siyahısı – tələbələr qalib gəlir” hərəkatının korrupsiyaya qarşı mübarizə əsas şüarlarından sayılsa da, hakimiyyətə gələcəkləri təqdirdə Kosovonun müstəqilliyini tanımağı planlaşdırmadıqlarını bildirmişdilər. Bu isə perspektivdə Serbiyanın Aİ-yə üzvlüyünə yenə problem yarada bilər. Onlar da daxil olmaqla avropayönümlü və sağ-mərkəzçi müxalifət qrupları ölkə Konstitusiyasına əsaslanaraq Kosovonun Serbiyanın ayrılmaz hissəsi olması məsələsində həmrəydirlər.

Belə bir vəziyyət isə Serbiyada yeni siyasi böhranın yaranacağı ehtimalını istisna etmir.

Yeni qüvvə, hərəkat, “Tələbə siyahısı” 2024-cü ilin noyabrında Novi Sad dəmiryol vağzalında örtüyün uçmasından sonra antikorrupsiya etirazlarına rəhbərlik edən “Blokadada tələbələr” tələbə hərəkatı tərəfindən yaradılıb.

İlk dəfə 2025-ci ilin mayında tələbələrin növbədənkənar seçkilər tələb etməsindən sonra elan olunub, siyahı tələbələrdən ibarət deyil. Bu siyahıya tələbə plenumları tərəfindən seçilmiş 250 alim, mütəxəssis və ictimai xadim daxildir. Hərəkata kardioloq, ictimai xadim, 56 yaşlı İliya Srdanoviç başçılıq edir.

“Tələbə siyahısı – Tələbələr qalib gəlir” vətəndaş qrupu parlament seçkiləri elan edildiyi gün, 2026-cı il sentyabrın 9-da təsis edilib. Siyahının proqramı korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, həmçinin təhsil, mənzil və səhiyyə sahəsində sosial tədbirlərə yönəlmiş 11 bənddən ibarət “Tələbə planı”nından ibarətdir.

Yeni siyasi qüvvə aşağıdakı əsas prinsipləri irəli sürüb; korrupsiyaya qarşı mübarizə və dövlət aparatının tam şəffaflığı, dövlət satınalmaları qaydalarını sərtləşdirmək, antikorrupsiya islahatları, hakimiyyət institutlarının depolitizasiyası və məhkəmələrin müstəqilliyi, ekspertlər kabineti, KİV azadlığı, iqtisadiyyat və sosial sahələrdə islahatlar, minimum əməkhaqqının artırılması, kəndə dəstək, ali təhsilə xərclərin ən azı 20% artırılması, xarici siyasət və suverenlik, Kosovonun ölkənin ayrılmaz hissəsi olaraq qalması, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi, Avropa İttifaqına inteqrasiya.

İkiillik etiraz aksiyalarının Serbiyaya yeniliklər gətirəcəyi gözlənilir. Ən əsas iki məsələ Belqradın Moskvaya qarşı sanksiyalara gələn ilin yazından qoşulacağı, o biri isə Avropa İttifaqı ilə danışıqların intensivləşdirilməsi post-Vuçiç dövrünün bütövlükdə Avropa üçün töhfələri saymaq olar. Bununla da başqa islahatlar, o cümlədən korrupsiyaya qarşı mübarizə, məhkəmə sistemlərinin sosialist rejimindən xilası da reallaşdırılması nəzərdə tutulan cəlbedici tədbirlərdəndir.

Aİ-nin əsas tələblərindən olan Kosovonun tanınmasını isə görünür, yeni qüvvələr də təxirə salacaq. O zaman sual doğur, İttifaq Kosovolu Serbiyanı öz sırasına qəbul edəcək? Rusiyaya qarşı sanksiyalara qoşularsa, Aİ Belqradın bu addımını mükafatlandıra, Serbiyanı xüsusi statusla üzvlüyə qəbul edər. Kosovo ilə bağlı məsələ isə bir müddətdən, yəni Rusiyanın Ukraynadakı müharibəsi bitəndən sonraya saxlanıla bilər. Çünki Vuçiç Serbiyası Moskvanın Avropadakı ən etibarlı dayağı sayılırdı. Onun hakimiyyətinin süqutu həm də RF-nin dayağından məhrum olmasıdır.

Belə ehtimal etmək olar ki, “Tələbə siyahısı – tələbələr qalib gəlir” hərəkatı Avropada Ukraynaya dəstəyi artıracaq. Çünki Belqrad RF-yə qarşı sanksiyalara qoşulmasa da, Ukraynaya az da olsa, humanitar, siyasi və maliyyə yardımı göstərib və göstərir. Serbiya rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, həmçinin Avropa İttifaqına inteqrasiya yolunda ona kömək edəcəyini boyun olub.

Bu hadisələr həm də Rusiyanın daha bir slavyan ölkəsindən məhrum olması anlamına gəlir. Ona görə də, ehtimal etmək olar ki, gələcəkdə Avropada Rusiyasız Slavyanlar bloku yarana bilər.

Keçmiş SSRİ-dən qopan kimi RF-dən də uzaqlaşan Bolqarıstanda da bazar günü seçki keçirilib. Prezidentliyə namizədlər birinci turda kifayət qədər səs toplaya bilmədiklərindən noyabrın 1-də ikinci tur keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, fəaliyyətdə olan hökumət başçısı Rumen Radev tərəfindən dəstəklənən İliyana Yotova 34,6% səslə birinci, qərbpərəst keçmiş baş nazir, liberal-mühafizəkar müxalifətin namizədi Andrey Gürov 32%-lə ikinci, Dirçəliş Partiyasının nümayəndəsi Kostadin Kostadinov 13,5% səslə üçüncüdür. İkinci turda mübarizə İliyana Yotova və Andrey Gürov arasında keçiriləcək.

Belə ehtimal olunur ki, hakim blokun birinci turda qalib gələ bilməməsinə başlıca səbəb olaraq oktyabrda Bolqarıstanın Qara dəniz sahilində dörd ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması göstərilir. Paytaxt Sofiya yaxınlığında yanğın nəticəsində “Starlink” stansiyası zərər görüb. İliyana Yotova və Baş nazir Rumen Radevin hökuməti bu hadisələrə ehtiyatla yanaşaraq onlara aydın qiymət verməyib. Onlar günahkarların (böyük ehtimalla RF-nin) adını çəkməyib. Ona görə də bu hadisənin seçki kampaniyasının gedişinə və nəticəsinə təsir göstərdiyi ehtimal edilir.

Bolqarıstanda seçkiqabağı kampaniya namizədlər arasında qarşıdurma, namizədə qarşı hücumlarla yadda qalıb.

Yotova müharibənin diplomatik yolla başa çatdırılmasını müdafiə etməklə yanaşı, seçiciləri Bolqarıstan hərbçilərinin Ukraynaya göndərilməyəcəyinə inandırmağa çalışıb. Müşahidəçilərin sözlərinə görə, bu məsələnin ictimaiyyətlə geniş müzakirəsinə ehtiyac duyulmurdu. Gürov isə hökumətə başçılıq edərkən Ukraynaya dəstəyini ifadə etmiş, xüsusilə hökumətə başçılıq edərkən Kiyevlə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalamışdı.

Bolqarıstan iqtisadi və sosial göstəricilərinə görə, Avropa İttifaqının ən həssas üzvlərindən sayılır. Bu ölkə yaşayış səviyyəsinə görə, Aİ-nin ən kasıb ölkələrindən biri olaraq qalır. Bolqarıstanda demoqrafik böhran başlıca problemlərdən sayılır. 1989-cu ildə onun əhalisinin sayı 9 milyon nəfərə yaxın idisə, hazırda 6,4 milyona qədər azalıb. Gənc və ixtisaslı işçi qüvvəsi daha yaxşı maaş və həyat şəraiti üçün Qərbi Avropaya üz tutur

Korrupsiya və məhkəmə sistemi ilə bağlı problemlər onun uzun müddət Şengen zonasına tam qoşulmasını ləngidib. Bolqarıstan həm də siyasi cəhətdən səbatsız, istiqrarsız ölkədir. Başqa sözlə, o, Aİ-nin “geridə qalan” ölkəsi sayılır.

Bolqarıstan sovetlərin dönəmində bəzən 16-cı “qardaş respublika” da adlanırdı.

Hakimiyyət ölkəni bürümüş çoxsaylı, iqtisadi, siyasi, sosial, mədəni və başqa problemlərin öhdəsindən gəlməkdə hələ də çətinlik çəkir.

Son 5-6 ildə ölkədə 8-dən çox parlament seçkisi keçirilib, stabil koalisiya hökumətləri qurula bilməyib. Bu da dövlət idarəçiliyini iflic hala salır.

Bolqarıstanda yeni nəslin, “Gen Z”nin etirazları da vəziyyəti mürəkkəbləşdirir.

Bu ölkə keçmişdən, sovetlərdənqalma düşüncə, siyasi yanaşma ilə Avropalaşma arasında vurnuxur. Ona görə də rusiyameyillilərlə Qərb, NATO tərəfdarları arasında davamlı şəkildə qarşıdurma yaranır.

Bu istiqamətləri müdafiə edənlərin heç biri ölkənin başlıca problemlərini həll edə bilmədiklərindən hər iki xəttin təmsilçiləri durğunluq vəziyyəti yaradır. “Zet nəsli” bunların ikisini də inkar edərək daha müasir düşüncə sisteminin gətirilməsini təblığ edir. Avropa İttifaqında Bolqarıstan, bəlkə də, “zərflə” maaş alan yeganə ölkədir. Elə seçki günü də seçicilərin ələ alınması, qanunsuz təbliğat, səsvermə bülleteninə müdaxilə kimi halların qeydə alınması da ölkədəki real vəziyyəti əks etdirməyə imkan verir.

Bu kimi neqativ hallar Aİ üzvü olan ölkdə seçki kampaniyasında da ciddi problemlərin olduğunu təsdiqləyir.

Odur ki, Bolqarıstan çoxsaylı problemlərin məngənəsindədir. Avropa İttifaqının üzvü olması onu problemlərdən xilas etməyib. Çünki bu quruma üzv olmaq heç bir dövlətə əlavə imtiyaz vermir. Hərə öz yükünü çəkməyə məhkumdur.

Beləliklə, Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs etdik. Serbiya 36 ildir, ambisiyalardan xilas ola bilmir. Müstəqil olan Kosovoya ərazi iddiası irəli sürərək revanşist düşüncəsi ilə fəaliyyət göstərir. O biri isə Aİ-nin və NATO-nun, başqa sözlə, Qərb ailəsinin tamhüquqlu üzvü Bolqarıstandır.

Hər iki ölkənin problemləri isə oxşardır; Rusiyaya münasibət, korrupsiya, siyasi səbatsızlıq, Avropa İttifaqı ölkələri ilə müqayisədə aşağı həyat tərzi, təhsil sahəsində islahat, Ukraynaya yardım, sosial, mədəni sahələrdə islahat və s.

Belə qənaətə gəlmək olar ki, Aİ-yə üzvlüyü başlıca hədəf seçmək ölkənin çoxsaylı problemlərinin həllinə yardım etmir. Problemlər həll olunarsa, onda Aİ-yə üzvlüyə nə ehtiyac var?(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər
Sonrakı: İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Bölmənin digər xəbərləri

hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200
  • Cəmiyyət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Cavidan 27 Oktyabr, 2026
nvmDLBArWu82AY9 b
  • Cəmiyyət

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Cavidan 27 Oktyabr, 2026
sHVe2XdIN0CPm1L0eGqrv
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

Cavidan 27 Oktyabr, 2026

Teqlər

AI Aktivlərin idarə edilməsi Android AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese Bank infrastrukturu biznes Business ChatGPT Elektromobil Epic Games Store Google Chrome HDD JBOD NAS Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Qadcetlər QNAP Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya TravelLite Təhlükəsizlik USB 4 World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 353)
  • Dünya (1. 097)
  • Gündəm (3. 478)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (243)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (35)

Xəbər Trendi

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200 1
  • Cəmiyyət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

27 Oktyabr, 2026
Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan s5Rf3SfhPCW59uRCcub 2
  • Cəmiyyət

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

27 Oktyabr, 2026
Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər 1CCYiR93xlpLQMzpgsUTH4U b 3
  • Dünya

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

27 Oktyabr, 2026
Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi 4
  • Texnologiya

Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi

27 Oktyabr, 2026
OpenAI müstəqil şəkildə kompüterdə işləmək üçün ultra sürətli və ucuz model olan GPT-6.1 Terra-nı buraxdı OpenAI müstəqil şəkildə kompüterdə işləmək üçün ultra sürətli və ucuz model olan GPT-6.1 Terra-nı buraxdı 5
  • Texnologiya

OpenAI müstəqil şəkildə kompüterdə işləmək üçün ultra sürətli və ucuz model olan GPT-6.1 Terra-nı buraxdı

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3353) Dünya (1097) Gündəm (3478) Kateqoriyasızlar (243) Kriminal (305) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (35) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 6
  • 4
  • 6. 619

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.