Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib
  • Cəmiyyət

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis (MM) məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib. Bununla bağlı Mülki
Cavidan 27 Oktyabr, 2026
nvmDLBArWu82AY9 b

Milli Məclis (MM) məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Bununla bağlı Mülki və İnzibati Prosessual Məcəllələrinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, hakim mübahisənin məhkəməyə aid olmadığını aşkar etdikdə aşağıdakı addımlardan birini atacaq:

– iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı aşkar etdikdə iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edir və ya iddia ərizəsini (ərizəni) geri qaytarır;

– işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər aşkar etdikdə – işi aidiyyəti məhkəməyə göndərir və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işlər üzrə icraata xitam verir.

Layihədə vurğulanıb ki, məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi və ya iş üzrə icraata xitam verməsi yolverilməzdir.

Məhkəmə baxışı zamanı məhkəmə aidiyyəti barədə ərizənin təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu Məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Sənədə görə, işdə iştirak edən şəxsin məhkəmə aidiyyəti barədə ərizəsi olduqda və ya hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdıqda, hakim iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib
Sonrakı: Sabah Azərbaycanda hava yağışlı olacaq

Bölmənin digər xəbərləri

sHVe2XdIN0CPm1L0eGqrv
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

Cavidan 27 Oktyabr, 2026
GsFu997Zdfv
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

Cavidan 27 Oktyabr, 2026
jtchjv8vS4J3xzSjuhb
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

Cavidan 27 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 351)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (243)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (446)
  • Texnologiya (33)

Xəbər Trendi

Sabah Azərbaycanda hava yağışlı olacaq i1uBfSztfVvJBghi0sJt9R n 1
  • Kateqoriyasızlar

Sabah Azərbaycanda hava yağışlı olacaq

27 Oktyabr, 2026
MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib nvmDLBArWu82AY9 b 2
  • Cəmiyyət

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

27 Oktyabr, 2026
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib sHVe2XdIN0CPm1L0eGqrv 3
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

27 Oktyabr, 2026
İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq GsFu997Zdfv 4
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

27 Oktyabr, 2026
İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu jtchjv8vS4J3xzSjuhb 5
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3351) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (243) Kriminal (305) Mədəniyyət (97) Siyasət (446) Texnologiya (33) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 2
  • 2
  • 6. 615

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.