Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Cəmiyyət

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”,
Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-27 141652

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilib. Bu, müəssisə rəhbərliyinin və ya təsisçinin təşəbbüsü ilə işçilərə şirkətin paylarını və ya səhmlərini güzəştlə, yaxud tamamilə ödənişsiz vermək hüququnu tanıyır. Payların işçinin tam mülkiyyətinə keçməsi iki xüsusi şərtdən asılı ola bilər. Birincisi zamana əsaslanan şərtdir, yəni işçi müəyyən edilmiş müddət ərzində şirkətdə çalışmalıdır. İkincisi isə hədəfə əsaslanan şərtdir, yəni işçi və ya ümumilikdə şirkət qarşıya qoyulmuş konkret biznes hədəflərinə nail olmalıdır.

Əgər işçi ilə əmək müqaviləsinə ştat ixtisarı, işçinin öz istəyi və ya səhhəti kimi əsaslarla xitam verilərsə, onun hələ tam qazanmadığı payların bir hissəsi qazanılmış hesab edilə bilər. Həmçinin işçinin əldə etdiyi paylar şirkət tərəfindən ədalətli bazar dəyəri ilə geri satın alına bilər. Əgər işçi öz təqsiri, əmək funksiyalarını pozması və ya intizamsızlıq səbəbindən işdən çıxarılarsa, o, qazanmadığı bütün pay hüquqlarını itirir. Qazandığı payları isə nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmağa məcbur edilə bilər.

Bu müqavilələr çərçivəsində işçinin əldə etdiyi pay və ya səhmlər rəsmi əməkhaqqı hesab olunmur, əməkhaqqının tərkibinə daxil edilmir və heç bir halda əməkhaqqı əvəzi kimi ödənilə bilməz.

Mülki Məcəlləyə startapların və investisiya mühitinin idarə olunmasını asanlaşdıran çox ciddi mexanizmlər daxil edilir.

Şirkət iştirakçıları və səhmdarlar öz aralarında xüsusi idarəetmə müqaviləsi bağlaya bilərlər. Bu müqavilədə ümumi yığıncaqlarda səsvermə qaydaları, payların satışı və qiymətləndirilməsi şərtləri, mübahisələrin arbitraj vasitəsilə həlli və xarici dövlətin hüququnun tətbiqi razılaşdırıla bilər. Korporativ müqavilə yazılı bağlanır və notarial təsdiqi tələb olunmur. Əgər müqavilə şərtləri nizamnamə ilə ziddiyyət təşkil edərsə, tərəflərin öz aralarındakı daxili münasibətlərdə korporativ müqavilə üstün qüvvəyə malik olacaq.

Korporativ müqavilələrdə vençur biznesində qəbul edilmiş üç mühüm hüquq təsbit edilir. Birgə satış hüququ (Tag-along) böyük pay sahibinin öz payını satdığı halda kiçik pay sahiblərinin də eyni qiymət və şərtlərlə öz paylarını həmin alıcıya satmaq tələbini təmin edir. Məcburi satış hüququ (Drag-along) böyük pay sahibinin şirkəti tam satmaq barədə üçüncü şəxslə razılaşdığı halda kiçik tərəfdaşları da öz paylarını satmağa məcbur etmək imkanı verir. İlk imtina hüququ (ROFR) isə payını satmaq istəyən şəxsin onu ilk növbədə mövcud şəriklərə təklif etmək öhdəliyidir.

Müqavilələrdə ləğvetmə zamanı üstünlük hüququ nəzərdə tutula bilər ki, şirkət bağlandıqda investor öz qoyduğu vəsaiti təsisçilərdən əvvəl geri alsın. Həmçinin payın dəyərsizləşməsi əleyhinə müddəalar (Anti-dilution) vasitəsilə növbəti investisiya mərhələlərində şirkətin qiyməti aşağı düşərsə, ilkin investorun payının qorunması üçün konvertasiya nisbətləri yenidən hesablanacaq.

Nizamnamədə əvvəlcədən yuxarı həddi göstərilməklə, Direktorlar Şurasına ümumi yığıncağı çağırmadan yeni paylar ayırmaq və ya səhmlər buraxmaq səlahiyyəti verilə bilər.

Şirkətlərə gələcəkdə paya çevrilə bilən yeni maliyyə alətlərindən istifadə icazəsi verilir. Bu alətlər paya çevrilənədək qiymətli kağız və ya törəmə maliyyə aləti sayılmır.

İnvestor şirkətə borc pul verir və müddət bitdikdə və ya yeni böyük maliyyələşmə mərhələsi (kvalifikasiyalı maliyyələşmə) baş verdikdə həmin borc faizləri ilə birgə şirkətin payına çevrilir. İnvestorun riskini sığortalamaq üçün qiymətləndirmənin yuxarı həddi (Valuation Cap) və ya yeni investorların qiymətinə nisbətdə endirim dərəcəsi (Discount) tətbiq olunur.

İnvestor şirkətə vəsait ödəyir, lakin bu vəsait borc və ya faiz öhdəliyi yaratmır. Şirkət satıldıqda, ləğv edildikdə və ya yeni investisiya cəlb etdikdə bu vəsait birbaşa paya çevrilir. Şirkət ləğv olunarsa, SAFE investorunun tələbləri adi şəriklərdən əvvəl, lakin digər təminatsız kreditorlardan sonra ödənilir.

Vençur kapitalı fondları və akkreditə olunmuş investorlar tərəfindən Azərbaycandan kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələr Mərkəzi Bankın müəyyən etdiyi qaydada və həddə həyata keçirilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
Sonrakı: Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Bölmənin digər xəbərləri

5HVgvECph8FxCYbSevb
  • Cəmiyyət

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

Cavidan 27 Oktyabr, 2026
hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200
  • Cəmiyyət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Cavidan 27 Oktyabr, 2026
s5Rf3SfhPCW59uRCcub
  • Cəmiyyət

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Cavidan 27 Oktyabr, 2026

Teqlər

AI Aktivlərin idarə edilməsi Android AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese Bank infrastrukturu biznes Business ChatGPT Elektromobil Epic Games Store Google Chrome HDD JBOD NAS Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Qadcetlər QNAP Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya TravelLite Təhlükəsizlik USB 4 World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 354)
  • Dünya (1. 097)
  • Gündəm (3. 478)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (243)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (35)

Xəbər Trendi

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib 5HVgvECph8FxCYbSevb 1
  • Cəmiyyət

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

27 Oktyabr, 2026
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar hOLt2Zle9Iz0OIrsenuAc4 vqrAPbR9YbUL9QdIRF1_1200 2
  • Cəmiyyət

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

27 Oktyabr, 2026
Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan s5Rf3SfhPCW59uRCcub 3
  • Cəmiyyət

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

27 Oktyabr, 2026
Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər 1CCYiR93xlpLQMzpgsUTH4U b 4
  • Dünya

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

27 Oktyabr, 2026
Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi 5
  • Texnologiya

Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3354) Dünya (1097) Gündəm (3478) Kateqoriyasızlar (243) Kriminal (305) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (35) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 8
  • 4
  • 6. 621

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.