Skip to content
30 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib
  • Texnologiya

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

Süni intellekt iş axtarışında getdikcə daha fəal şəkildə istifadə olunur: onun köməyi ilə işaxtaranlar CV-ləri redaktə edir, onları konkret vakansiyalara uyğunlaşdırır və ifadələri yaxşılaşdırırlar. Lakin rahatlıqla yanaşı, yeni risklər də yaranır – xüsusən də istifadəçi çat-bota məxfi məlumatları olan sənəd yüklədikdə.
KiberSözçü 30 Oktyabr, 2026
Şəxsi məlumatlar mükəmməl CV müqabilində: "Kaspersky" Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

Süni intellekt iş axtarışında getdikcə daha fəal şəkildə istifadə olunur: onun köməyi ilə işaxtaranlar CV-ləri redaktə edir, onları konkret vakansiyalara uyğunlaşdırır və ifadələri yaxşılaşdırırlar. Lakin rahatlıqla yanaşı, yeni risklər də yaranır – xüsusən də istifadəçi çat-bota məxfi məlumatları olan sənəd yüklədikdə. “Kaspersky” mütəxəssisləri iş axtararkən süni intellektdən təhlükəsiz istifadə etməyin və məxfi məlumatları fırıldaqçılardan qorumağın yollarından danışıblar.

Süni intellektə şəxsi məlumatlarınızı yükləməyin. CV-ni çat-bota göndərməzdən əvvəl telefon nömrəsini, ev ünvanını, şəxsi elektron poçt ünvanını, şəxsiyyət vəsiqələrinin surətlərini, konkret işəgötürən şirkətlərin adlarını və digər məxfi məlumatları silmək lazımdır. Həmçinin xidmətin məxfilik siyasəti ilə tanış olmaq, yüklənmiş məlumatları necə emal edib saxladığını və hansı şərtlərlə üçüncü tərəflərə ötürdüyünü öyrənmək vacibdir.

CV potensial hücum üçün əsasdır. Bir şəxsin peşəkar təcrübəsi, vəzifəsi, bacarıqları və maraqları haqqında məlumat cinayətkarlara daha inandırıcı məqsədli hücumlar hazırlamağa kömək edə bilər. Məsələn, fırıldaqçılar saxta müsahibə dəvəti göndərə bilər və ya namizədin təcrübəsinə maksimum dərəcədə uyğun gələn vakansiya təklif edə bilərlər. Onlar rekruter adı altında fayl yükləməyi, keçidə daxil olmağı, tətbiq quraşdırmağı və ya kənar mesencer-də ünsiyyəti davam etdirməyi xahiş edə bilərlər. Buna görə də, hətta ən uyğun iş təklifini də ona cavab verməzdən əvvəl yoxlamaq lazımdır.

“Süni intellekt artıq gündəlik tapşırıqları, o cümlədən iş axtarışını daha sürətli həll etməyə kömək edən faydalı alətə çevrilib. Onun köməyi ilə CV-ni yaxşılaşdırmaq və konkret vakansiyaya uyğunlaşdırmaq mümkündür. Lakin burada “etibar et, lakin yoxla” prinsipi işləyir. CV fərdiləşdirilmiş hücum üçün əsas olmaq üçün bir insan haqqında kifayət qədər məlumat ehtiva edir. Ona görə də süni intellekt xidmətlərinə hansı məlumatları ötürdüyümüzə diqqətlə yanaşmaq və süni intellektin təklif etdiyi məlumatları mütləq yoxlamaq vacibdir”, – deyə “Kaspersky”nin Azərbaycan üzrə nümayəndəsi Müşviq Məmmədov şərh edir.

İş axtararkən süni intellektdən təhlükəsiz istifadə etmək üçün “Kaspersky” mütəxəssisləri tövsiyə edirlər:

  • ilk öncə CV-ni müstəqil şəkildə tərtib etmək, daha sonra ifadələrin və strukturun redaktəsi üçün süni intellektdən istifadə etmək;
  • süni intellekt xidmətinə yükləməzdən əvvəl sənəddən şəxsi məlumatları: telefon nömrəsini, ev ünvanını, sənəd məlumatlarını silmək;
  • xidmətin məxfilik tənzimləmələrini yoxlamaq və yüklənmiş fayllarla nə baş verdiyini öyrənmək;
  • effektivliyi müstəqil testlərlə təsdiqlənən etibarlı qoruyucu həll – məsələn, Kaspersky Premium istifadə etmək.
Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: CV İş axtarışı Kaspersky Məxfilik Süni intellekt

Post navigation

Əvvəlki: Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib
Sonrakı: Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bölmənin digər xəbərləri

Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib
  • Texnologiya

Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib

KiberSözçü 30 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib

KiberSözçü 29 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

KiberSözçü 29 Oktyabr, 2026

Teqlər

Acer Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu biznes Business Cybersecurity Elektromobil Epic Games Store Fraud Detection Home — A Unique Horror Adventure informasiya təhlükəsizliyi innovasiya Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Reytinq rəqəmsal iqtisadiyyat Rəqəmsal İmza sahibkarlar Science Sker Ritual smartfon spacex startap Süni intellekt SİMA İmza Texnologiya texnopark Təhlükəsizlik vergi güzəştləri WebTrust for CA World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 374)
  • Dünya (1. 104)
  • Gündəm (3. 491)
  • İdman (258)
  • İqtisadiyyat (173)
  • Kateqoriyasızlar (245)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (41)

Xəbər Trendi

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı 6cfa4b76 ve9591392_1200 1
  • Gündəm

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı

30 Oktyabr, 2026
Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib nggDMT68NLs3 j 2
  • Cəmiyyət

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

30 Oktyabr, 2026
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır 1793358892_tB-copy-2 3
  • Cəmiyyət

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır

30 Oktyabr, 2026
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb 3ce7fe36-7d87-383 v00 (2) 4
  • Cəmiyyət

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

30 Oktyabr, 2026
Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib Şəxsi məlumatlar mükəmməl CV müqabilində: "Kaspersky" Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib 5
  • Texnologiya

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

30 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3374) Dünya (1104) Gündəm (3491) Kateqoriyasızlar (245) Kriminal (307) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (41) İdman (258) İqtisadiyyat (173)

Sayt üzrə statistika

  • 6
  • 603
  • 408
  • 7. 747

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.