Skip to content
29 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış “WebTrust for Certification Authorities” (WebTrust for CA) auditini uğurla başa vurub. Müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynılxalq standartlara uyğunluğunu təsdiqləyib.
KiberSözçü 29 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış “WebTrust for Certification Authorities” (WebTrust for CA) auditini uğurla başa vurub. Müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynılxalq standartlara uyğunluğunu təsdiqləyib.

Amerika Sertifikatlı Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər Təşkilatı (CPA Canada) tərəfindən hazırlanmış “WebTrust for CA” sertifikat xidmətləri göstərən qurumlar üçün beynəlxalq səviyyədə tanınmış audit standartıdır. Audit çərçivəsində AzInTelecom-un informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri, kriptoqrafik açarların idarə olunması və əməliyyat prosesləri müstəqil auditorlar tərəfindən hərtərəfli qiymətləndirilib.

“Bizim əsas məqsədimiz dövlət və biznes proseslərinin rəqəmsallaşmasını dəstəkləyən, etibarlı elektron xidmətlərin genişlənməsinə imkan yaradan infrastruktur formalaşdırmaqdır. Müstəqil auditin uğurla tamamlanması AzInTelecom-un yerli və beynəlxalq bazarda etibarlı texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının inkişafı üçün zəmin yaradır”, — deyə AzInTelecom-un İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Ruslan Dadayev bildirib.

“WebTrust for CA” auditinin nəticəsi korporativ müştərilər, dövlət qurumları və fərdi istifadəçilər üçün AzInTelecom-un rəqəmsal imza xidmətlərinin təhlükəsizliyinə, məxfiliyinə və etibarlılığına əlavə təminat yaradır. Eyni zamanda şirkəti rəqəmsal imza sahəsində beynəlxalq tələblərə cavab verən, etibarlı tərəfdaş kimi mövqeləndirir.

AzInTelecom rəqəmsal xidmətlərini beynəlxalq standartlara uyğun inkişaf etdirməklə təhlükəsiz elektron xidmətlərin genişlənməsinə, ölkənin rəqəmsal ekosisteminin inkişafına və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: AzInTelecom informasiya təhlükəsizliyi Rəqəmsal İmza WebTrust for CA

Post navigation

Əvvəlki: Sabah Bakıda hava yağmursuz olacaq
Sonrakı: AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib

Bölmənin digər xəbərləri

AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib

KiberSözçü 29 Oktyabr, 2026
Steam-də Halloween endirimi başladı
  • Texnologiya

Steam-də Halloween endirimi başladı

KiberSözçü 28 Oktyabr, 2026
Architecture of Trust: uyğunluq tələblərindən real kiberdavamlılığa
  • Texnologiya

Architecture of Trust: uyğunluq tələblərindən real kiberdavamlılığa

KiberSözçü 28 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AI Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese biznes Business Cyberpunk Cybersecurity Elektromobil Epic Games Store Fraud Detection HDD Home — A Unique Horror Adventure informasiya təhlükəsizliyi kibertəhlükəsizlik Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Pulsuz Reytinq Roadster Rəqəmsal İmza Science Sker Ritual smartfon spacex SSD Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 364)
  • Dünya (1. 103)
  • Gündəm (3. 486)
  • İdman (257)
  • İqtisadiyyat (172)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (39)

Xəbər Trendi

Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb 8aZsGvTvXsC vlrxCmSlqQec_1200 1
  • İqtisadiyyat

Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb

29 Oktyabr, 2026
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir 6ae3196064e9e6ae3 v6ae3196064e9d 2
  • Cəmiyyət

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir

29 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib 3
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib

29 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib 4
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

29 Oktyabr, 2026
Sabah Bakıda hava yağmursuz olacaq ZeBWWsGR8Ncf4 v7RPTb_1200 5
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz olacaq

29 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3364) Dünya (1103) Gündəm (3486) Kateqoriyasızlar (244) Kriminal (307) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (39) İdman (257) İqtisadiyyat (172)

Sayt üzrə statistika

  • 7
  • 436
  • 242
  • 6. 901

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.