Skip to content
28 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycana idxalına qadağa qoyulmuş dərmanla bağlı iddialara aydınlıq gətirilib – RƏSMİ
  • Cəmiyyət
  • Gündəm

Azərbaycana idxalına qadağa qoyulmuş dərmanla bağlı iddialara aydınlıq gətirilib – RƏSMİ

Cavidan 21 May, 2025
01fa0156-bb6a-30f9-8a90-ccf566406337_850

 Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son zamanlar mediada və sosial şəbəkələrdə Varfarin STADA (kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparat) idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, guya AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar səsləndirilib.

“Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir. Konkret Varfarinə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Analitik Ekspertiza Mərkəzinə fevralın 11-də göndərilən müraciətə baxılmış və onlara yararlılıq müddəti 5 il olan varfarin dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir.

Hazırda, adı qeyd edilən dərman vasitəsinin (Varfarin Stada 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir.

Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi almış və yararlılıq müddəti 3 il olan Varfarin dərman vasitəsi istənilən qədər idxal edilə bilər.

Varfarin stada dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi almışdır hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub
Next: Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-28 121257
  • Gündəm

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Cavidan 28 İyul, 2026
Screenshot 2026-07-28 110934
  • Cəmiyyət

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Cavidan 28 İyul, 2026
Screenshot 2026-07-28 102019
  • Cəmiyyət

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Cavidan 28 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 805)
  • Dünya (3. 469)
  • Gündəm (11. 975)
  • İdman (679)
  • İqtisadiyyat (609)
  • Kateqoriyasızlar (527)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

XİN Perunu Milli Günü münasibətilə təbrik edib Screenshot 2026-07-28 121257 1
  • Gündəm

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

28 İyul, 2026
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib Screenshot 2026-07-28 110934 2
  • Cəmiyyət

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

28 İyul, 2026
Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır Screenshot 2026-07-28 102019 3
  • Cəmiyyət

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

28 İyul, 2026
Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır Screenshot 2026-07-28 095848 4
  • İdman

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

28 İyul, 2026
Azərbaycan neftinin qiyməti 95 dollara düşüb Screenshot 2026-07-28 094531 5
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

28 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9805) Dünya (3469) Gündəm (11975) Kateqoriyasızlar (527) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (679) İqtisadiyyat (609)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.