Skip to content
31 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq
  • Cəmiyyət
  • Gündəm

Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə sabahdan etibarən Bakı–Tbilisi–Bakı
Cavidan 31 Oktyabr, 2026
6ae5b0b4234246ae5b0b42342517934378766ae5b0b4234226ae5b0b423423 (1)

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə sabahdan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək.

Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Bu isə 50 faizə yaxın artım deməkdir.

Məlumata görə, yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim edilir:

“Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56.80 AZN-dir.

Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim edilir. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər”.

Bildirilib ki, yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.

Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Qeyd edilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub.

ADY beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Sonrakı: Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Bölmənin digər xəbərləri

  • Cəmiyyət

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Cavidan 31 Oktyabr, 2026
  • Cəmiyyət

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Cavidan 31 Oktyabr, 2026
6ae5a54f3b2a ba56ae5a54f3b2a7 (1)
  • Cəmiyyət

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Cavidan 31 Oktyabr, 2026

Teqlər

1Password Acer Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bank infrastrukturu biznes Business Edgerunners Epic Games Store HDD informasiya təhlükəsizliyi innovasiya Kiber təhlükəsizlik Netflix Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pulsuz QNAP Reytinq rəqəmsal iqtisadiyyat Rəqəmsal İmza Science smartfon spacex startap Süni intellekt SİMA İmza Texnologiya texnopark TravelLite Təhlükəsizlik vergi güzəştləri WebTrust for CA World İT xəbərləri İş

Bölmələr

  • Cəmiyyət (3. 379)
  • Dünya (1. 105)
  • Gündəm (3. 493)
  • İdman (258)
  • İqtisadiyyat (174)
  • Kateqoriyasızlar (245)
  • Kriminal (308)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (43)

Xəbər Trendi

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır 1
  • Cəmiyyət

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

31 Oktyabr, 2026
Uzaqdan idarəetmə funksiyasına malik Nokia 2360 Flip düyməli telefonu təqdim olundu Uzaqdan idarəetmə funksiyasına malik Nokia 2360 Flip düyməli telefonu təqdim olundu 2
  • Texnologiya

Uzaqdan idarəetmə funksiyasına malik Nokia 2360 Flip düyməli telefonu təqdim olundu

31 Oktyabr, 2026
Qualcomm ARM çipli Lenovo IdeaPad Vibe noutbuku 30 saata qədər enerji yığmadan işləyir Qualcomm ARM çipli Lenovo IdeaPad Vibe noutbuku 30 saata qədər enerji yığmadan işləyir 3
  • Texnologiya

Qualcomm ARM çipli Lenovo IdeaPad Vibe noutbuku 30 saata qədər enerji yığmadan işləyir

31 Oktyabr, 2026
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq 4
  • Cəmiyyət

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

31 Oktyabr, 2026
Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq 6ae5b0b4234246ae5b0b42342517934378766ae5b0b4234226ae5b0b423423 (1) 5
  • Cəmiyyət

Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq

31 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3379) Dünya (1105) Gündəm (3493) Kateqoriyasızlar (245) Kriminal (308) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (43) İdman (258) İqtisadiyyat (174)

Sayt üzrə statistika

  • 1
  • 192
  • 171
  • 7. 923

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.