Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub
  • Kriminal

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub. Bu barədə İranın Məhkəmə Sistemi məlumat
Cavidan 21 May, 2025
f0a5c703-62aa-37ea-8894-f2cce897d2c4_850

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub.

Bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb.

Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub. 

Xatırladaq ki, hadisə 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 2023-cü il yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

Post navigation

Previous: Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Next: Azərbaycana idxalına qadağa qoyulmuş dərmanla bağlı iddialara aydınlıq gətirilib – RƏSMİ

Bölmənin digər xəbərləri

  • Kriminal

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb – FOTO

Cavidan 27 Avqust, 2026
Screenshot 2026-08-24 091737
  • Kriminal

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-22 105729
  • Kriminal

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 018)
  • Dünya (1. 031)
  • Gündəm (3. 321)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb – FOTO 1
  • Kriminal

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb – FOTO

27 Avqust, 2026
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır 6a9032c87922e6 C C 2
  • Cəmiyyət

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

27 Avqust, 2026
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək 6a9029f32000b6a9029f32000c1 v 3
  • Cəmiyyət

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust, 2026
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM prezdent 4
  • Cəmiyyət

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM

27 Avqust, 2026
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək 6a901d5d5863 v 5
  • Gündəm

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

27 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3018) Dünya (1031) Gündəm (3321) Kateqoriyasızlar (200) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.