Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Şok plan: Putin son zərbəni bu cür endirəcək
  • Dünya

Şok plan: Putin son zərbəni bu cür endirəcək

Cavidan 18 Mart, 2022
rusiya-plan

Rusiya Ukraynada son hücumla qələbə qazanmaq niyyətindədir.

Bu barədə Türkiyənin “Hürriyət” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Rusiyanın Odessaya hücumu an məsələsidir, Ukrayna Qara dənizdəki Rusiya donanmasının hücumunu gözləyir:

“Amma digər tərəfdən, ekspertlər bunun bir taktika olduğunu və Rusiyanın Ukraynanı aldadaraq başqa hədəfə hücum edəcəyini iddia edirlər. Hərbi analitiklərin fikrincə, Rusiya cənubdan ordunu digər bölmələrlə birləşdirərək, Ukraynanı mühasirəyə almağı və ildırımsürətli hücumla qələbə çalmağı hədəfləyir. Odessaya hücum üçün gözləyən donanma isə Ukrayna generallarının diqqətini yayındırmaq məqsədi daşıyır”.

Nəşr qeyd edib ki, ruslar Odessaya hücum etmək əvəzinə, Nikolayev şəhərini götürərək, özünü şimala hərəkət edirmiş kimi göstərib, Ukraynanı cənubdan vurmağı planlaşdırır:

“Rus generalların bu planı həqiqətdirsə, Putinin diqqətini müharibənin əvvəlindən iddia etdiyi Ukraynanı silahsızlaşdırma hədəfinə yönəltdiyi görünür. Bu da böyük şəhərlərin rusların hədəfində olmadığını, Ukrayna ordusunu mühasirəyə alıb darmadağın etmək məqsədi daşıdığını təsdiqləyir. İngiltərənin RUSİ müdafiə və təhlükəsizlik analitik mərkəzinin mütəxəssisi Sam Qrenni-Evans və Sidharth Kaushalın fikrincə, Odessanı hədəf alan hərbi gəmilər və Qara dəniz sahillərinə yaxınlaşan amfibiya hərbi texnikalar bunun sübutudur. Hazırda minlərlə hərbçini daşıya bilən amfibiya texnikalarının sayı getdikcə artır və Qara dənizdə Rusiyanın 30 hərbi gəmisi ilə birlikdə sualtı qayıqlar var”.

Qəzet RUSİ-yə istinad edərək yazıb ki, Rusiyanın Donetsk və Luqanskda dəstəklədiyi qüvvələr bölgəni üç fərqli istiqamətdən mühasirəyə almağı hədəfləyir:

“1. 58-ci ordu korpusu Krımdan şərqə doğru irəliləyərək Zaporojye şəhərinə yönəlib və buradakı qüvvələrlə və Donbasdan gələn 8-ci ordu ilə birləşməyi planlaşdırır.

  1. Tank alayı isə özünü Xarkovu ələ keçirməyə və buradakı Ukrayna ordusunun gücünü zəiflətmiş göstərəcək, əslində isə Poltavaya doğru irəliləyərək, Donetsk və Luqanskdan geri çəkilən Ukrayna ordusunun yolunu kəsəcək.
  2. Rusiyanın 20-ci Motoatıcı diviziyası da özünü Nikolayevə doğru hərəkət edirmiş kimi göstərib Odessaya tərəf irəliləyəcək və Dneprin qərbindəki əraziləri ələ keçirəcək”.

Ekspertlər bunun Ukrayna üçün kritik dönüş nöqtəsi ola biləcəyini və ordunun mühasirəyə alınmasının Rusiya üçün qələbə olacağını bildirirlər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Ukrayna danışıqları uzadır” – Rusiya Prezidenti
Next: Mərkəzi Bank uçot dərəcəsini artırdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 173056
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026
Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.