Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər təqribən 18 milyon ABŞ dolları dəyərində 600 min ton karbon emissiyası azaldıla
Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 185609

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər təqribən 18 milyon ABŞ dolları dəyərində 600 min ton karbon emissiyası azaldıla bilər.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) “CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) ölkələrində nəqliyyat sektorunda karbon qiymətləndirilməsinin təsiri və imkanlarının araşdırılması” adlı hesabatında deyilir.

Hesabata görə, 2021-ci ilədək Azərbaycanda nəqliyyat vasitələrinin sayı sürətlə artaraq 1,3 milyondan çox minik avtomobili və 160 mindən çox yük avtomobili qeydiyyata alınıb: “2030-cu ilə qədər 3 000 elektrikli şəhər avtobusunun istismara verilməsini, yük avtomobillərinin 1 %-inin elektrikləşdirilməsini və minik avtomobillərinin 5 %-inin elektrikli olacağını (həmçinin elektrik enerjisinin 30 %-inin doldurma stansiyalarında istehlak ediləcəyini) fərz etsək, bu addımlar 2030-cu ilə qədər təqribən 18 milyon ABŞ dolları dəyərində 600 min ton CO₂ emissiya azalmasına səbəb ola bilər”.

ADB-nin mütəxəssisləri bildiriblər ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolunun elektrikləşdirilməsi də daxil olmaqla, bir sıra dekarbonizasiya tədbirləri reallaşdırıb, 2024-cü ildə ilk davamlılıq hesabatını nəşr edib və ADB-nin dəstəyi ilə dekarbonizasiya strategiyası və çərçivəsini işləyib hazırlayıb:

“ADY karbon kreditlərini monetizasiya etmək və qlobal emissiyaların azaldılması hədəflərinə dəstək vermək məqsədilə beynəlxalq karbon bazarı mexanizmlərinə uyğunlaşdırılmış korporativ səviyyəli karbon ticarəti masası (carbon trading desk) qurmağa səy göstərir və bu prosesdə ADB tərəfindən dəstəklənir. Emissiyaların azaldılması potensialı əsasən dəmir yolunun elektrikləşdirilməsindədir. Müasir dizel qatarlarının yüksək səmərəliliyini nəzərə alaraq, elektrikləşdirmənin təkbaşına çox böyük effekt yaratması proqnozlaşdırılmır.

Əsas təsir yük və sərnişin axınının digər nəqliyyat vasitələrindən dəmir yoluna yönləndirilməsindən (“mode shift”) irəli gələcək. İstixana qazlarına təsir başlıca olaraq daşınan sərnişinlərin sayından, yüklərin həcmindən və orta səfər məsafəsindən asılı olacaq. Bir qatarın sərnişin-kilometrə düşən istixana qazı emissiyaları şəhərlərarası avtobuslarla müqayisədə adətən 3-5 dəfə, yük daşınmasında isə (yükün növündən asılı olaraq) ton-kilometrə düşən emissiyalar avtomobil nəqliyyatına nisbətən 3-7 dəfə aşağıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 160646
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.