Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı oldu
  • Dünya
  • Gündəm

Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı oldu

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması” adlı
Cavidan 21 Sentyabr, 2024
bmt__2_

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması” adlı birgə bəyanat yayılıb.

Bəyanat Xorvatiyanın nümayəndəsi tərəfindən sənədin təşəbbüskarları qrupu – Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirilib.

“İnkişaf hüququ da daxil olmaqla, bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təşviqi və qorunması” bəndinin müzakirəsi çərçivəsində yayılmış sənəddə qeyd olunur ki, “yerüstü minalar və müharibənin partlayıcı qalıqları geniş insan hüquqları spektri, o cümlədən həyat, sağlamlıq, təhsil, əmək və hərəkət azadlığı hüquqlarına” qarşı həm dərhal, həm də uzunmüddətli mənfi təsirlərə malikdir.

Bundan əlavə, bəyanatda xüsusilə “yerüstü minaların müvəqqəti məcburi köçkünlərin (IDP) təhlükəsiz şəkildə geri dönməsinə də maneə olduğu” vurğulanır. Bununla əlaqədar, bəyanatı imzalayanlar BMT-nin İnsan Hüquqları Şurasına yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsiri ilə bağlı məsələlərin həllində mühüm rolun həyata keçirilməsində konkret addımlar atmaqla bağlı müraciət ediblər.

Bəyanatda mina partlaması nəticəsində zərərçəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir: “Dövlətlərin insan hüquqları sahəsindəki öhdəlikləri minaların istifadəsi və mövcudluğu ilə bağlı problemlərin həlli məsələsində milli və beynəlxalq siyasətlərini müəyyən etməlidir”.

Sənəddə vurğulanır ki, mina xəritələrinin mübadiləsi insan hüquqları sahəsində beynəlxalq hüquqda təsbit olunmuş beynəlxalq əməkdaşlığın ən vacib vəzifələrindən biridir və bu, öz növbəsində BMT Baş katibinin də dediyi kimi, “davamlı sülhün və davamlı inkişafın əsaslarından biridir”.

Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.

Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan Xarici İşlər Nazirliyinin (Xİ) nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş “Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə” konfransı zamanı səsləndirilib.

Bundan başqa, 65 ölkədən ibarət geniş koalisiya tərəfindən dəstəklənmiş sözügedən sənədin hazırlanmasında Azərbaycan diplomatları həmmüəllif qismində çıxış ediblər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Seçkilərin nəticələrinə dair iclas başladı
Next: Ukrayna müharibədə 80 min əsgər itirib? – Zelenski

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 145037
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 752)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Screenshot 2026-07-15 172754 1
  • Cəmiyyət

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

15 İyul, 2026
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Screenshot 2026-07-15 170212 2
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

15 İyul, 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 3
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 4
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 5
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9752) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.