Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Cəmiyyət

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

IV Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında dezinformasiya və etimadsızlığın artması şəraitində dialoq və əməkdaşlıq üçün platforma
Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 172754

IV Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında dezinformasiya və etimadsızlığın artması şəraitində dialoq və əməkdaşlıq üçün platforma yaradaraq ölkələr, mədəniyyətlər və müxtəlif baxış bucaqları arasında körpü olub.

Bu barədə “Islamabad Post” nəşrinin məqaləsində qeyd olunub.

Bildirilib ki, sülh quruculuğu, media diplomatiyası və jurnalistikada süni intellektin etik şəkildə tətbiqi məsələlərinin müzakirəsi Azərbaycanın beynəlxalq proseslərin məsuliyyətli iştirakçısı kimi rolunu diqqətə çatdırıb.

Dünyanın müxtəlif ölkələrindən olan ekspertləri və jurnalistləri bir araya gətirən forum transsərhəd etimadın möhkəmlənməsinə və həqiqətə ümumi sadiqliyin formalaşmasına kömək edib.

Nəşrin qiymətləndirməsinə görə, forum təkcə ictimai narrativlərin formalaşmasında kütləvi informasiya vasitələrinin rolunun etirafı deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əhəmiyyətli inkişafının əksi olub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan dərin transformasiya yaşayıb. İnfrastruktura investisiyalar, enerjinin şaxələndirilməsi və rəqəmsal innovasiyalar da daxil olmaqla iqtisadi baxımdan modernləşmə ölkə inkişafının əsas elementlərindən biri olub.

“Azərbaycan iqtisadiyyatın dayanıqlığını və gələcəyə istiqamətlənməsini təmin edərək, qarşılıqlı əlaqəlilik sahəsində regional lider kimi möhkəmlənməyi bacarıb. İqtisadi inkişafla yanaşı, ölkə rəhbərliyi mədəni dirçəlişə də xüsusi diqqət yetirib. Bir vaxtlar münaqişə nəticəsində dağıdılmış Şuşa bərpa edilib və Azərbaycanın mədəni irsinin və dayanıqlılığının simvoluna çevrilib”, – məqalədə vurğulanıb.

Müəlliflərin fikrincə, forumun ən mühüm nailiyyətlərindən biri onun fikir ayrılıqlarını aradan qaldırmaq bacarığı olub. Müxtəlif təcrübəyə malik media nümayəndələri siyasi və mədəni fərqləri aşan müzakirələrdə iştirak ediblər. Belə fikir mübadiləsi tez-tez münaqişələrə və qarşılıqlı anlaşılmazlığa səbəb olan dezinformasiyaya qarşı mübarizə üçün son dərəcə vacibdir.

“Azərbaycanın forumu Şuşada keçirmək qərarı onun barışıq və dialoqa sadiqliyini vurğulayır. Şəhər beynəlxalq ictimaiyyətə mühüm mesaj göndərərək bu gün birlik və əməkdaşlıq simvoluna çevrilib. Bundan əlavə, kütləvi informasiya vasitələrinin işində etika və şəffaflığa diqqət yetirilməsi dezinformasiya dövründə Azərbaycanın həqiqət tərəfdarı kimi imicini gücləndirir”, – məqalədə vurğulanıb .

Materialda qeyd edilib ki, Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı baxışı Şuşa Qlobal Media Forumunun uğurlu olmasında açıq şəkildə özünü göstərir.

“Onun rəhbərliyi nəinki ölkənin inkişafına kömək edib, həm də qlobal müzakirələrdə Azərbaycanın mühüm rolunu təmin edib. Forumun sülh, etimad və həqiqət məsələlərinə diqqət yetirməsi İlham Əliyevin Azərbaycanı Şərqlə Qərb, ənənələr və müasirlik, münaqişə və barışıq arasında körpü kimi mövqeləndirməyə yönəlmiş daha geniş gündəliyinə uyğundur”, – məqalədə vurğulanıb.

Müəlliflər, həmçinin bildiriblər ki, IV Şuşa Qlobal Media Forumu müdia nümayəndələrinin beynəlxalq görüşündən daha böyük bir hadisə oldu. Forum Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tərəqqisinin strateji nümayişinə çevrilib.

Post navigation

Previous: Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Next: “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Bölmənin digər xəbərləri

mvJ2yXp0vI5lPRfK v
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

Cavidan 31 Avqust, 2026
vcrMyLIl9JHkUe v
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Cavidan 31 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 035)
  • Dünya (1. 038)
  • Gündəm (3. 328)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (402)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 1
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ mvJ2yXp0vI5lPRfK v 2
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

31 Avqust, 2026
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib vcrMyLIl9JHkUe v 3
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

31 Avqust, 2026
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var 4b0c3d2c-117 v 4
  • Kriminal

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

31 Avqust, 2026
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq 0489a6ba-39 v 5
  • İdman

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3035) Dünya (1038) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (402) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.