![](https://addim.az/wp-content/uploads/2024/02/1707217415_1707074959_422810043_0_0_2511_1412_1920x0_80_0_0_72d48b2a208f56f3c1b1f21fa189809c-1024x576.jpg)
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı ticarət-iqtisadi əlaqələrin bütün nüansları müzakirə olunacaq.
Bunu fevralın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Türkiyə bu sahədə mühüm tərəfdaşdır”,- Rusiya prezidentinin mətbuat katibi əlavə edib.
“Ticarət-iqtisadi əlaqələr bütün ölçülərdə müzakirə olunacaq. Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır və təbii ki, bu əlaqələrin bütün nüansları gündəmdə olacaq”, – deyən Peskov jurnalistlərə Putinin Türkiyəyə səfəri zamanı ABŞ-ın sanksiyaları səbəbindən iki ölkə arasında nizamlanma problemlərinin müzakirə olunub-olunmayacağı və hər hansı konkret razılaşmanın əldə olunmasının mümkünlüyü barədə suala cavab verib.
Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.