Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • AŞPA Azərbaycan əleyhinə qətnamədən imtina edə bilər? – ŞƏRH
  • Cəmiyyət
  • Gündəm

AŞPA Azərbaycan əleyhinə qətnamədən imtina edə bilər? – ŞƏRH

Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası
Cavidan 6 Fevral, 2024
1707219299_ashpa

Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib.

Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Avropa Şurası rəhbərliyinin vaxtı azdır, Azərbaycanı itirmək və ölkəmizin Avropadan uzaqlaşmasını istəmirlərsə, AŞPA-da ölkəmizin səsvermə hüququnun bərpasını təmin etməlidirlər.

Bu mümkündürmü?

Modern.az xəbər verir ki. Mövzunu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiya Krımı ilhaq etdikdən sonra AŞPA bu ölkəni səsvermə hüququndan məhrum etdi.

“Ondan sonra Moskva açıqlama verərək Rusiya nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmayana qədər bu təşkilata üzvlük haqqını ödəməyəcəyini bildirdi. Rusiya AŞPA büdcəsinin 10 faizini ödəyirdi, bu 33 milyon avro idi. AŞPA vəziyyətdən çıxış yolu axtararaq 2019-cu ildə maraqlı qətnamə qəbul etdi. Həmin qətnaməyə görə nümayəndə heyətlərinə sanksiya tətbiqi mexanizmi çətinləşdirildi. Bu Rusiya nümayəndə heyətinin təşkilata qayıdışını təmin etməli idi. Ancaq barışıq uzun çəkmədi. AŞPA-nın qərarından iki il sonra Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə bu ölkənin AŞPA-da üzvlüyünə son qoydu. Yəni iki il əvvəl Rusiya Ukraynaya qarşı müharibəyə başlamasaydı, Avropa Şurasında üzvlüyünə davam edəcəkdi. Bu o deməkdir ki, maraqlardan asılı olaraq AŞPA öz qərarlarını dəyişmək imkanına malikdir”.

Ekspert xatırladıb ki, Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib.

“AŞPA-dakı deputatların əksər hissəsinin Azərbaycanla problemi yoxdur. AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycana səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. Ancaq bu iki halda mümkündür:

Birinci halda AŞPA rəhbərliyi Azərbaycanın qurumdan uzaqlaşdırılmasının təşkilat və ümumiyyətlə Avropa üçün zərərli olduğunu anlayaraq məsələyə yenidən baxılmasında maraqlı olmalıdır.

İkinci halda Milli Məclis rəhbərliyi və parlamentimizdəki Avropa dövlətləri ilə dostluq qruplarının rəhbərləri və üzvləri fəallıqlarını artıraraq Azərbaycanın səsvermə hüququnun bərpasının vacibliyini həmkarlarına izah etməlidirlər. Bunun üçün Avropa paytaxtlarında görüşlər keçirilməli, geniş izahat işi aparılmalıdır. Əslində bu iş ötən ilin oktyabrında başlamalı idi. AŞPA-dakı məlum qrup məhz 3 ay əvvəl Azərbaycan əleyhinə sənəd üzərində fəaliyyətə başlamışdı. Bu müddətdə həmin qrupun anti-Azərbaycan fəaliyyətini neytrallaşdırmaq mümkün idi”.

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycanın Avropa stukturundan uzaqlaşıb sonradan qayıtmaq təcrübəsi var.

“Avropa Parlamenti 2015-ci ildə Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra ölkəmiz Avronest-i (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının parlament formatı) tərk etdi. Bir il ərzində Brüssellə Bakı arasındakı intensiv dialoq nəticəsində Azərbaycan Avronest-ə qayıtdı. Yəni qarşılıqlı istək olduqdan sonra Azərbaycanın AŞPA-ya da qayıdışı mümkündür”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Peskovdan Putinin Türkiyə səfəri barədə yeni AÇIQLAMA
Next: Ermənistandan Gürcüstana gedən yol bağlandı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 100140
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 093721
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Cavidan 1 İyul, 2026
Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 667)
  • Dünya (3. 430)
  • Gündəm (11. 914)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 1
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb Screenshot 2026-07-01 093721 2
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

1 İyul, 2026
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr Screenshot 2026-07-01 091200 3
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

1 İyul, 2026
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 5
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9667) Dünya (3430) Gündəm (11914) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.