Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • İsrail Qəzzaya daxil olmağa hazırlaşır – Putindən XƏBƏRDARLIQ
  • Dünya
  • Gündəm

İsrail Qəzzaya daxil olmağa hazırlaşır – Putindən XƏBƏRDARLIQ

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma davam edir. Bölgədəki ən son vəsiyyəti təqdim edirik. Qurudan əməliyyata
Cavidan 26 Oktyabr, 2023
1698300511__131458131_8b8a328b-55f1-46c9-be19-ef1164477fa8

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma davam edir.

Bölgədəki ən son vəsiyyəti təqdim edirik.

Qurudan əməliyyata hazırlıq 

İsrail Qəzzanı idarə edən HƏMAS-ı məhv edəcəyinə söz verib. İsrail ordusunun sözçüsü Daniel Hacari deyib ki, müharibənin məqsədlərinə çatmaq üçün Qəzzaya zərbələr davam etdiriləcək: “Hər bir zərbə bizi gücləndirir və müharibənin növbəti mərhələləri ərəfəsində vəziyyətimizi yaxşılaşdırır.”

Baş nazir Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində İsrailin qurudan əməliyyata hazırlaşdığını deyib. İsrail tankları və əsgərləri Qəzza ilə sərhədə yığılıb və əmr gözləyir. İsrail 360 000 ehtiyat əsgəri orduya çağırıb.

Qəzzaya quru əməliyyatını təxirə salmaq üçün beynəlxalq təzyiqlər artır. Beynəlxalq aktorlar hücumun girovları təhlükəyə ata biləcəyini deyir. İsrail hökuməti bildirib ki, HƏMAS tərəfindən saxlanılan təxmini 220 girovun yarısından çoxunun 25 müxtəlif ölkədən xarici pasportu var. 

ABŞ və Rusiya liderlərindən reaksiyalar 

ABŞ prezidenti Co Bayden deyib ki, gələcək İsrail və Fələstin dövlətlərini yan-yana əhatə etməlidir. “İsraillilər və fələstinlilər eyni dərəcədə təhlükəsizlik, ləyaqət və sülh içində yan-yana yaşamağa layiqdirlər”, – Bayden dünən Vaşinqtonda səfərdə olan Avstraliyanın baş naziri Entoni Albanez ilə birgə mətbuat konfransında qeyd edib.

Bayden HƏMAS qruplaşmasının İsrailə hücumunun bir səbəbinin İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasının qarşısını almaq olduğuna inandığını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin münaqişənin Yaxın Şərqdən kənara da yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib və Qəzzada günahsız qadınların, uşaqların və qocaların başqalarının cinayətlərinə görə cəzalandırılmasının yanlış olduğunu bildirib.

“Bugünkü vəzifəmiz, əsas vəzifəmiz qan tökülməsini və zorakılığı dayandırmaqdır. Əks halda, böhranın daha da genişlənməsi ağır və son dərəcə təhlükəli və dağıdıcı nəticələrə səbəb ola bilər. Həm də təkcə Yaxın Şərq regionu üçün deyil. Yaxın Şərqin hüdudlarından çox-çox kənara sıçraya bilər”, -Putin Rusiyanın müxtəlif dinlərə mənsub liderlər ilə görüşündə deyib.

Müharibənin genişlənmə riski 

“Wall Street Journal” nəşri yazır ki, Qəzza müharibəsinin ətraf bölgələrə yayıla biləcəyi ilə bağlı narahatlıqlara görə, ABŞ bölgədəki amerikalı hərbçiləri qorumaq üçün Yaxın Şərqə hava hücumundan müdafiə sistemləri yerləşdirməyə başlayıb. Nəşr qeyd edir ki, sistemlər yerləşdirilənə qədər İsrail quru əməliyyatını təxirə salmağa razı olub.

ABŞ rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, Vaşinqton İran və onub dəstəklədiyi islamçı qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücum edərək münaqişəni gərginləşdirə biləcəyi ilə bağlı narahatlığını İsrailə çatdırıb. Amerikalı nümayəndələr bildiriblər ki, İsrailin Qəzzaya müdaxiləsi İranın dəstəklədiyi qüvvələr üçün tətik ola bilər.

Qəzza müharibəsi artıq Fələstin ərazilərindən kənarda da münaqişələrə səbəb olub. İsrail döyüş təyyarələri çərşənbə günü İranın müttəfiqi olan Suriyadan atılan raketlərə cavab olaraq Suriya ordusunun infrastrukturuna zərbələr endirib. İsrail Suriyanın Hələb hava limanını və Livanda İranın dəstəklədiyi Hizbullah qüvvələrini hədəf alıb. İsrailin əzəli düşməni olan İran İsrailə Qəzzaya hücumunu dayandırması barədə xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurasında yardım təklifləri

Birləşmiş Millətlər Təşkilatında Rusiya və Çin Fələstinli mülki şəxslərə ərzaq, su və dərmanların çatdırılmasına icazə vermək üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə irəli sürüb. ABŞ Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış qətnamə layihəsinə veto qoyub. 

Birləşmiş Ərəb Əmirlikləri əleyhinə, 10 üzv lehinə səs verib, iki dövlət isə bitərəf qalıb. İsrail HƏMAS-ın bu qətnamələrdən faydalanacağını və Qəzzadakı mülki şəxslər üçün yeni təhlükələr yaradacağını bildirib.(Modern.az)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Jurnalistlərin 3-cü binası”nın mənzilləri artıq paylanıb? – Nazirlikdən AÇIQLAMA
Next: Xalq artistinin qardaşının maşını aşdı – Ölən və yaralananlar var

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
6a3cb1706cada6a v
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.