Skip to content
30 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib
  • Kateqoriyasızlar

Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib

Cavidan 30 Oktyabr, 2026
h1A5IhxlNIprGUv v7eorZLjJMPnM5_1200 (1)

Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə çoxsaylı əlavə və dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilərək Cinayət Məcəlləsinin “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə” adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir. Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsində nisbətən yeni institut olduğundan zaman-zaman həmin münasibətləri tənzimləyən normalara müəyyən dəyişikliklər edilməsi zəruri olur. Hüquqi şəxslərin hüquqi münasibətlərin iştirakçıları kimi aktivliklərinin artması, çoxsaylı məhkəmə aktları ilə hüquqi şəxslərin üzərinə öhdəliklərin qoyulması və məhkəmə aktlarının icrasının önəmi bu dəyişiklikləri zəruri edir.

Bundan başqa, Cinayət Məcəlləsinin 189-1-ci və 314-4-cü maddələrinə təkmilləşmə xarakterli, xüsusilə də müvafiq cinayət əməllərinin subyektlərinin dəqiqləşdirilməsi yönündə dəyişikliklər təklif edilir.

Layihədə təklif edilən digər dəyişikliklər İnzibati Xətalar Məcəlləsi ilə əlaqədardır. Bu dəyişikliklərin bir qismi İnzibati Xətalar Məcəlləsinin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan, sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan, rabitə qaydaları əleyhinə olan, iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəsillərində təkmilləşmə və digər qanun layihələrindən irəlgi ələn uyğunlaşdırma xarakterli dəyişiklikləri nəzərdə tutur (pulsuz hüquqi yardımın göstərilməsi, ekspert fəaliyyəti, icazə tələb olunan əşyalar və ya fəaliyyət növləri ilə əlaqədar uyğunlaşdırma xarakterli dəyişikliklər).

Məlum olduğu kimi, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.

Qeyd edilib ki, hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.

Korrupsiya ilə mübarizənin əhəmiyyəti nəzərə alınaraq “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu layihədən irəli gələn, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Bundan əlavə, “Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi məqsədilə təqdim edilməməsi”, “Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulması”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulması”, “Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulması” kimi yeni inzibati xəta tərkibləri, həmin inzibati xətaların aidiyyəti, həmçinin prokuror nəzarəti layihədə öz əksini tapıb.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
Sonrakı: Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib

Bölmənin digər xəbərləri

1793167058_1558 v
  • Kateqoriyasızlar

Yeni qərar müəllimlərin maaşına təsir edəcək

Cavidan 28 Oktyabr, 2026
i1uBfSztfVvJBghi0sJt9R n
  • Kateqoriyasızlar

Sabah Azərbaycanda hava yağışlı olacaq

Cavidan 27 Oktyabr, 2026
Y2QkT212YGGejrns8v b
  • Kateqoriyasızlar

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 26 Oktyabr, 2026

Teqlər

Acer Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu biznes Business Cybersecurity Elektromobil Epic Games Store Fraud Detection Home — A Unique Horror Adventure informasiya təhlükəsizliyi innovasiya Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Reytinq rəqəmsal iqtisadiyyat Rəqəmsal İmza sahibkarlar Science Sker Ritual smartfon spacex startap Süni intellekt SİMA İmza Texnologiya texnopark Təhlükəsizlik vergi güzəştləri WebTrust for CA World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 373)
  • Dünya (1. 104)
  • Gündəm (3. 490)
  • İdman (258)
  • İqtisadiyyat (173)
  • Kateqoriyasızlar (245)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (41)

Xəbər Trendi

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır 1793358892_tB-copy-2 1
  • Cəmiyyət

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır

30 Oktyabr, 2026
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb 3ce7fe36-7d87-383 v00 (2) 2
  • Cəmiyyət

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

30 Oktyabr, 2026
Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib Şəxsi məlumatlar mükəmməl CV müqabilində: "Kaspersky" Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib 3
  • Texnologiya

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

30 Oktyabr, 2026
Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib 4
  • Texnologiya

Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib

30 Oktyabr, 2026
Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib h1A5IhxlNIprGUv v7eorZLjJMPnM5_1200 (1) 5
  • Kateqoriyasızlar

Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib

30 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3373) Dünya (1104) Gündəm (3490) Kateqoriyasızlar (245) Kriminal (307) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (41) İdman (258) İqtisadiyyat (173)

Sayt üzrə statistika

  • 4
  • 581
  • 404
  • 7. 725

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.