Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə
Cavidan 20 Oktyabr, 2026
4a7984d6-93 v

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Əvvəlki redaksiyada isə bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.

Daha bir təklif edilən dəyişikliyə görə yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.

Layihədə vurğulanıb ki, həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olacaq. Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab oluna bilər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi
Sonrakı: Sabah rayonlara yağış yağacaq

Bölmənin digər xəbərləri

yyVUZykeN2XWtjMfLb
  • Kateqoriyasızlar

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Cavidan 21 Oktyabr, 2026
Ekran şəkli 2026-10-21 121006
  • Kateqoriyasızlar

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Cavidan 21 Oktyabr, 2026
Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Cavidan 17 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 321)
  • Dünya (1. 087)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (442)
  • Texnologiya (23)

Xəbər Trendi

Dövlət Statistika Komitəsinin strukturu dəyişib yyVUZykeN2XWtjMfLb 1
  • Kateqoriyasızlar

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

21 Oktyabr, 2026
Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur zjjobmHtzJmLdJFBeV 2
  • Cəmiyyət

Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

21 Oktyabr, 2026
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir? UieThDqh9wJkSZkpW3 v 3
  • Cəmiyyət

Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?

21 Oktyabr, 2026
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb cMIBWynjoaCN5TuV 4
  • Cəmiyyət

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21 Oktyabr, 2026
Apple App Store-da oyun bazarını böyütmək istəyir Apple App Store-da oyun bazarını böyütmək istəyir 5
  • Texnologiya

Apple App Store-da oyun bazarını böyütmək istəyir

21 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3321) Dünya (1087) Gündəm (3469) Kateqoriyasızlar (241) Kriminal (302) Mədəniyyət (97) Siyasət (442) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 397
  • 251
  • 5. 192

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.