Skip to content
21 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 470)
  • Dünya (3. 375)
  • Gündəm (11. 780)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Azərbaycanla Ermənistan arasında sülh sənədi hazırlanır – Prosesdə hansı dövlətlər var?

Cavidan 16 Oktyabr, 2021

“Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu bildirdi. O, “Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır” qeydi ilə bütün danışıqların Bakının şərtləri çərçivəsində ola biləcəyinin mesajını verdi”.

Bu sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclası haqda danışarkən deyib.

Ekspert qeyd edib ki, MDB iclasından öncə Moskvada Putinlə görüşdə Paşinyana bölgədə atılması vacib olan addımlar izah edilib:

“Prinsip etibarilə, sərhədin delimitasiyası və kommunikasiyanın açılması ön plandadır. Təsadüfi deyil ki, Paşinyanın çıxışında Azərbaycana qarşı ənənəvi ittihamları qalsa da, Əliyevin şərtləri ilə razı olduğu da görünür. Rəsmi İrəvan bütün kommunikasiyaların açılmasına hazırdır. Bura Ermənistanın Azərbaycan vasitəsilə Rusiya və İranla əlaqə qurması və Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəmiryolu və avtomobil yolu (Zəngəzur dəhlizi) əlaqəsi qurması daxildir”.

Ekspert düşünür ki, Paşinyan Əliyevin sülh sazişi tələbini Minsk Qrupu çərçivəsində müzakirə etmək istəyir:

“Bakının cari hədəfi sərhədin delimitasiyasının başa çatdırılmasıdır. Bu, sülh sazişinin hansı platformada müzakirə edilməsindən asılı olmayaraq, Azərbaycanın masada əlini daha da gücləndirəcək”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduqlarını və bunun da Rusiyanın vasitəçiliyi ilə ola biləcəyini qeyd edib:

“Soçi və Moskva görüşündə müzakirə edilən məsələlələrdən biri də Ankara-İrəvan münasibətlərində Moskvanın vasitəçilik etməsi idi. Regional münasibətlərin Ankara-Moskva ikilisi tərəfindən qurulması sülh sazişi masasında Minsk Qrupunun digər iki həmsədr ölkəsinin – ABŞ və Fransanın mümkün iştirakını formallaşdırır və bu, Ermənistanın əlini zəiflədir”.

Continue Reading

Previous: “Azərbaycana verilmiş xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır” – Prezident
Next: Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
  • Kateqoriyasızlar

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

15 May, 2026
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
  • Kateqoriyasızlar

Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb

13 May, 2026
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Kateqoriyasızlar

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

9 May, 2026

Top 7 Xəbər

Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir 1

Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir

21 May, 2026
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur 2

WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur

21 May, 2026
Xəzər dənizində zəlzələ olub 3

Xəzər dənizində zəlzələ olub

21 May, 2026
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm 4

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

20 May, 2026
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib 5

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

20 May, 2026
WUF13-ə onlayn qeydiyyat uzadıldı 6

WUF13-ə onlayn qeydiyyat uzadıldı

20 May, 2026
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj 7

Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj

20 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 470)
  • Dünya (3. 375)
  • Gündəm (11. 780)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9470) Dünya (3375) Gündəm (11780) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (350) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir 21 May, 2026
  • WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur 21 May, 2026
  • Xəzər dənizində zəlzələ olub 21 May, 2026
  • Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm 20 May, 2026
  • Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib 20 May, 2026
© Addim.az | MoreNews by AF themes.