Əvvəllər yalnız Çində əlçatan olan Xiaomi 18 Pro və 18 Pro Max flaqman smartfonları qlobal bazara çıxıb. Qurğuların qiymətində nəzərəçarpacaq dərəcədə artım olub.
Qlobal versiyaların Çin versiyalarından ənənəvi fərqi akkumulyatorların tutumundan ibarətdir. Xiaomi 18 Pro 6500 milliamper-saat tutumlu silisium-karbon akkumulyatoru ilə təchiz olunub, Pro Max isə 7050 milliamper-saat tutumludur. Müqayisə üçün – Çin versiyalarında batareya tutumu 7000 və 8500 milliamper-saat təşkil edir. Kiçik model 90 vatt gücündə simli doldurmanı dəstəkləyir, böyük model isə 100 vatt. Hər iki halda simsiz doldurmanın gücü 50 vatt təşkil edir, həmçinin əks simli və simsiz doldurmalar da elan edilib. Bundan əlavə, qlobal versiyada korpusun çəhrayı rəngi yoxdur, onu tünd qırmızı rəng əvəz edib.
Qlobal versiyaların qiymətləri
Xiaomi 18 Pro: 256 Gb – 1399 avro, 12/512 Gb – 1599 avro.
Xiaomi 18 Pro Max: 12/256 Gb – 1599 avro, 12/512 Gb – 1799 avro.
Artıq ön sifariş açıqdır, smartfonlar noyabrın 27-də satışa çıxarılacaq.
