Skip to content
13 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • INMerge 2026 forumunda iştirak etmək üçün 94 ölkədən 1300-dən çox startap müraciət edib
  • Texnologiya

INMerge 2026 forumunda iştirak etmək üçün 94 ölkədən 1300-dən çox startap müraciət edib

PASHA Holding tərəfindən təşkil edilən regionun ən böyük innovasiya platforması olan INMerge İnnovasiya Sammiti noyabrın 30-u – dekabrın 1-də Bakı Konqres Mərkəzində baş tutacaq. INMerge 2026 çərçivəsində seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə qonağın iştirakı gözlənilir.
KiberSözçü 13 Noyabr, 2026
INMerge 2026 forumunda iştirak etmək üçün 94 ölkədən 1300-dən çox startap müraciət edib

PASHA Holding tərəfindən təşkil edilən regionun ən böyük innovasiya platforması olan INMerge İnnovasiya Sammiti noyabrın 30-u – dekabrın 1-də Bakı Konqres Mərkəzində baş tutacaq.

INMerge 2026 çərçivəsində seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə qonağın iştirakı gözlənilir. Ümumilikdə sammitdə iştirak etmək üçün 94 ölkədən startaplardan 1300-dən çox müraciət daxil olub.

Bu il sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.

Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrinin dünyaca məşhur 200-dən çox nümayəndəsi iştirak edəcək. Onların arasında “Böyük Səbilə” (“Grand Slam”) turnirlərinin beş qat çempionu və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş marketinq direktoru Qreq Hoffman, həmçinin iqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatı laureatı Coel Mokir də var.

2025-ci ildə Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına (International Tennis Hall of Fame) daxil edilib. Bu gün o, sahibkarlıq və investisiya fəaliyyəti ilə məşğuldur, Moncler şirkətinin direktorlar şurasına daxildir və The New York Times-ın bestsellerlər siyahısına düşmüş kitabın müəllifidir.

Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, həmçinin süni intellekt və onun cəmiyyətə təsiri sahəsində tanınmış ekspertdir.

Qreq Hoffman Nike-da təcrübəçidən şirkətin marketinq direktoruna qədər yol keçərək təqribən 30 il işləyib. O, həmçinin “Emotion by Design” kitabının müəllifidir.

Coel Mokir Şimal-Qərb Universitetinin (Northwestern University) professoru və tanınmış iqtisadiyyat tarixçisidir. 2025-ci ildə o, texnoloji tərəqqi və iqtisadi artımla bağlı tədqiqatlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Spikerlərin tam siyahısı və biletlər haqqında məlumat inmerge.az saytında əlçatandır.

INMerge haqqında

PAŞA Holding tərəfindən təsis edilən və təşkil olunan INMerge İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilir və innovasiya və texnologiyalar sahəsində aparıcı regional meydançalardan biridir.

Azərbaycan, Qafqaz regionu, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan olan korporasiyaları, investorları, startapları və dövlət strukturlarının nümayəndələrini bir araya gətirən sammit regional əməkdaşlığın inkişafına və Bakının innovasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsinə töhfə verir.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Bakı INMerge 2026 İnnovasiya Sammiti PASHA Holding startap

Post navigation

Əvvəlki: Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır
Sonrakı: Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu

Bölmənin digər xəbərləri

Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu
  • Texnologiya

Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu

KiberSözçü 13 Noyabr, 2026
Trendyol 2030-cu ilədək davamlı inkişaf məqsədlərini elan etdi
  • Texnologiya

Trendyol 2030-cu ilədək davamlı inkişaf məqsədlərini elan etdi

KiberSözçü 12 Noyabr, 2026
NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub
  • Texnologiya

NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub

KiberSözçü 12 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business CV Epic Games Store HMD informasiya təhlükəsizliyi innovasiya internet Kaspersky Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World Özgür Gənc İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 445)
  • Dünya (1. 127)
  • Gündəm (3. 524)
  • İdman (261)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (252)
  • Kriminal (312)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (64)

Xəbər Trendi

CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib 6af70f1d92bf vaf70f1d92bfc 1
  • Dünya

CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib

13 Noyabr, 2026
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib 433567 v 2
  • Mədəniyyət

Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib

13 Noyabr, 2026
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub 6af6d7e8d372d6 v2b6af6d7e8d372c 3
  • Cəmiyyət

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

13 Noyabr, 2026
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib 6af6c03784d686af6c ve87f961b820cc 4
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr, 2026
Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu 5
  • Texnologiya

Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu

13 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3445) Dünya (1127) Gündəm (3524) Kateqoriyasızlar (252) Kriminal (312) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (64) İdman (261) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 2
  • 583
  • 518
  • 15. 453

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.