Skip to content
13 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır
  • Cəmiyyət

Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır

Dekabrın 5–6-sı tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək.
Cavidan 13 Noyabr, 2026
ZdQ vPNJKtyxdcIj_1200

Dekabrın 5–6-sı tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək.

Bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, təhsilverənlərin peşə yararlılığının göstəriciləri məzmun və metodika, təhlükəsizli, pedaqoji etika və əməkdaşlıq və özünüinkişaf sahələri üzrə qruplaşdırılmışdır.

İştirakçılara qeyd edilən istiqamətlər nəzərə alınmaqla məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və sertifikatlaşdırmadan keçməyən şəxslərə dair istisnalar nəzərə alınır. Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilir və 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir. Sertifikatlaşdırma prosesinin vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması isə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ali Məhkəmə: Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
Sonrakı: INMerge 2026 forumunda iştirak etmək üçün 94 ölkədən 1300-dən çox startap müraciət edib

Bölmənin digər xəbərləri

6af6d7e8d372d6 v2b6af6d7e8d372c
  • Cəmiyyət

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Cavidan 13 Noyabr, 2026
6af6c03784d686af6c ve87f961b820cc
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Cavidan 13 Noyabr, 2026
675a51f0-1f8c-3c vc69de_1200
  • Cəmiyyət

Ali Məhkəmə: Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir

Cavidan 13 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business CV Epic Games Store HMD informasiya təhlükəsizliyi innovasiya internet Kaspersky Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World Özgür Gənc İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 445)
  • Dünya (1. 127)
  • Gündəm (3. 524)
  • İdman (261)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (252)
  • Kriminal (312)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (64)

Xəbər Trendi

CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib 6af70f1d92bf vaf70f1d92bfc 1
  • Dünya

CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib

13 Noyabr, 2026
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib 433567 v 2
  • Mədəniyyət

Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib

13 Noyabr, 2026
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub 6af6d7e8d372d6 v2b6af6d7e8d372c 3
  • Cəmiyyət

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

13 Noyabr, 2026
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib 6af6c03784d686af6c ve87f961b820cc 4
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr, 2026
Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu 5
  • Texnologiya

Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu

13 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3445) Dünya (1127) Gündəm (3524) Kateqoriyasızlar (252) Kriminal (312) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (64) İdman (261) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 3
  • 584
  • 519
  • 15. 454

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.