Azercell-in 30 illik yubileyinə həsr olunmuş «30 il səninlə» lotereyasının ilk qalibləri müəyyən edilib. Ödənişəvvəli sistem abunəçiləri arasında oktyabrın 27-də və noyabrın 3-də baş tutmuş iki tiraj çərçivəsində 2 ədəd Toyota Corolla Cross avtomobili və 14 ədəd iPhone 17 Pro smartfonu lotereyada udulub. Bütün hədiyyələr artıq qaliblərə təqdim olunub.
Hər tirajda 7 ədəd iPhone 17 Pro smartfonu və bir ədəd Toyota Corolla Cross avtomobili lotereyaya çıxarılıb. Hər bir iPhone-un sahibi həftənin müvafiq günü ərzində şanslar toplamış iştirakçılar arasından, avtomobilin qalibi isə bütün həftə ərzində toplanmış şanslar əsasında müəyyən edilib.
Lotereyanın keçirilmiş tirajlarının nəticələrinə əsasən müəyyən edilmiş qaliblərin siyahısı Azercell-in rəsmi saytında dərc olunub.
Xatırladaq kiç lotereyaya qoşulmaq tamamilə pulsuzdur. Bunun üçün Azercell tətbiqinin «Lotereya» bölməsində qeydiyyatdan keçmək və ya 3035 nömrəsinə START sözü ilə SMS göndərmək kifayətdir. Qeydiyyatdan keçdikdən sonra abunəçilər balansı hər dəfə artırdıqda, eləcə də Azercell məhsul və xidmətlərindən istifadə etdikdə qazanmaq şansı əldə edirlər.
Şəbəkədaxili zənglər üçün dəqiqələr ehtiva edən və bununla da əlavə lotereya şansları qazandıran xüsusi paketlərin köməyi ilə qazanmaq şansını artırmaq mümkündür. Bu paketləri tətbiq, USSD və SMS vasitəsilə aktivləşdirmək olar. Bundan əlavə, Azercell tətbiqində həftəlik tapşırıqları yerinə yetirən abunəçilər əlavə şanslar əldə edə və hətta onları beş dəfə artıra bilərlər.
Lotereya iştirakçılarını gözləyən hədiyyələr bununla bitmir. Qarşıdakı tirajlarda daha 8 ədəd Toyota Corolla Cross avtomobili və 56 ədəd iPhone 17 Pro smartfonu lotereyaya çıxarılacaq. Final tirajında qaliblərdən biri lotereyanın baş mükafatını – şəhərin mərkəzində, «28 May» metro stansiyasının yaxınlığında tam təmir olunmuş mənzil qazanacaq.
Azercell-in 30 illiyini bizimlə birlikdə qeyd edin! Lotereyada iştirak edin və növbəti qalib olmaq şansı əldə edin!
