Skip to content
2 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • NETTY 2026 müraciətlərin qəbuluna başladığını elan edir
  • Texnologiya

NETTY 2026 müraciətlərin qəbuluna başladığını elan edir

Noyabrın 2-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY 2026 üçün müraciətlərin qəbulu açılır. Veb-saytları, tətbiqləri və sosial şəbəkə layihələrini www.netty.az saytında noyabrın 23-dək təqdim etmək mümkündür.
KiberSözçü 2 Noyabr, 2026
NETTY 2026 müraciətlərin qəbuluna başladığını elan edir

Noyabrın 2-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY 2026 üçün müraciətlərin qəbulu açılır. Veb-saytları, tətbiqləri və sosial şəbəkə layihələrini www.netty.az saytında noyabrın 23-dək təqdim etmək mümkündür.

NETTY auditoriyanı rəqəmsal layihələrin arxasında duran ideya və komandalarla tanış edir, faydalı təşəbbüslərə diqqət çəkir və Azərbaycanın rəqəmsal inkişafına töhfə verən işləri qeyd edir. İştirak üçün həm tanınmış platformalar, həm də yeni layihələr dəvət olunur.

2004-cü ildə təsis edilmiş NETTY mükafatı Azərbaycanın rəqəmsal mühitinin inkişafına töhfə verən layihələri və informasiya texnologiyaları sahəsində nailiyyətləri qeyd edir. 2026-cı ildə müsabiqə 21-ci dəfə keçirilir.

Müsabiqəyə Azərbaycanla bağlı olan və müsabiqə qaydalarına uyğun gələn rəqəmsal layihələr qəbul olunur. Müraciəti təşkilatlar, komandalar və müstəqil müəlliflər edə bilərlər. Hər bir layihə onun əsas təyinatına uyğun olan bir nominasiyada qeydiyyatdan keçirilir. Veb-saytlar, tətbiqlər və sosial şəbəkə layihələri ayrı-ayrılıqda qiymətləndirilir.

NETTY 2026 iştirakçıları üçün qeydiyyat pulsuzdur. Qeydiyyat haqqı müsabiqənin tərəfdaşı MSolution | Chewick tərəfindən qarşılanır.

Yeddi əsas nominasiya

  • Elektron dövlət və rəqəmsallaşma
  • Rəqəmsal iqtisadiyyat, biznes və fintex
  • Texnoloji innovasiyalar və süni intellekt
  • Elm, təhsil və rəqəmsal savadlılıq
  • Media, mədəniyyət və rəqəmsal məzmun
  • Səhiyyə, idman, həyat tərzi və turizm
  • Cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf

Layihələrin seçilməsi və qiymətləndirilməsi

Müraciətlərin qəbulu 2026-cı il noyabrın 2-dən 23-dək həyata keçirilir. Noyabrın 24-dən dekabrın 4-dək Ekspert Şurasının və internet istifadəçilərinin səsverməsi baş tutacaq. Ekspert Şurası əsas nominasiyaların hər bir kateqoriyasında üç nominant müəyyən edəcək, internet istifadəçiləri isə “Virtual münsiflər heyətinin seçimi” adlı ayrı nominasiyada üç nominant müəyyənləşdirəcək.

Dekabrın 5-dən 15-dək NETTY Akademiyası nominantlar arasından qalibləri seçəcək. Layihələr üç əsas meyara görə qiymətləndirilir: ideya, məzmun və icra.

Qaliblərin rəsmi elanı və mükafatlandırma mərasimi dekabrın 16-dan 18-dək olan dövrə nəzərdə tutulub. Nominantlar diplomlar, qaliblər isə NETTY mükafatını əldə edirlər.

NETTY 2026 tərəfdaşları

Rəsmi tərəfdaşlar: AZINTELECOM, Bolt for Business
Tərəfdaşlar: MSolution | Chewick, Ultra, SmartHost, Savalan, Renley, Online.az.
İnformasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, “Kaspi” qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqraflar İttifaqı, AutoLife.az, Sapunov Online, Banks.az.

İştirak üçün müraciət və ətraflı məlumat: https://www.netty.az/az/registration
Əməkdaşlıq və əlavə suallar üçün: info@netty.az

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Azərbaycan İKT İnternet Mükafatı NETTY 2026 Rəqəmsal Layihələr

Post navigation

Əvvəlki: Avtomobillər nə vaxt düşünməyə başlayır: Süni intellekt sürücülüyün gələcəyini necə dəyişdirir
Sonrakı: Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Bölmənin digər xəbərləri

Avtomobillər nə vaxt düşünməyə başlayır: Süni intellekt sürücülüyün gələcəyini necə dəyişdirir
  • Texnologiya

Avtomobillər nə vaxt düşünməyə başlayır: Süni intellekt sürücülüyün gələcəyini necə dəyişdirir

KiberSözçü 2 Noyabr, 2026
İlon Mask kor insanlara görmə imkanı vəd edən Blindsight neyroçipini anons etdi
  • Texnologiya

İlon Mask kor insanlara görmə imkanı vəd edən Blindsight neyroçipini anons etdi

KiberSözçü 1 Noyabr, 2026
Nvidia 40 dildə nitqin tanınması üçün açıq Nemotron 3.5 Transcribe süni intellekt modelini təqdim etdi
  • Texnologiya

Nvidia 40 dildə nitqin tanınması üçün açıq Nemotron 3.5 Transcribe süni intellekt modelini təqdim etdi

KiberSözçü 1 Noyabr, 2026

Teqlər

1Password 4Sİ Akademiyası 4SİM Android AnTuTu Apple AzInTelecom Azərbaycan Binance biznes Blokçeyn bStocks Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Maliyyə bazarları Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pura 90 Plus Reytinq Rəqəmsal aktivlər Rəqəmsal İmza Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər TravelLite Təhlükəsizlik WebTrust for CA World Ödəniş mühiti İlon Mask İqtisadiyyat Nazirliyi İT xəbərləri İş

Bölmələr

  • Cəmiyyət (3. 385)
  • Dünya (1. 109)
  • Gündəm (3. 497)
  • İdman (258)
  • İqtisadiyyat (174)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (310)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (47)

Xəbər Trendi

Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq N0vGQtOm4kLIFB V200 1
  • Cəmiyyət

Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq

2 Noyabr, 2026
Tbilisidə piyada körpüsündə yanğın baş verib N48BgWOuV9I vuRobpuI_1200 2
  • Dünya

Tbilisidə piyada körpüsündə yanğın baş verib

2 Noyabr, 2026
Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb 99858966-8e6c-3 v29a78ecf84_1200 3
  • Cəmiyyət

Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb

2 Noyabr, 2026
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib 23d983a1-cf54-3bf3-be0e-v0_1200 4
  • Kriminal

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

2 Noyabr, 2026
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb UTqp9kQEp2ntIwlLCG hqXNZcG30_1200 5
  • Cəmiyyət

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

2 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3385) Dünya (1109) Gündəm (3497) Kateqoriyasızlar (246) Kriminal (310) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (47) İdman (258) İqtisadiyyat (174)

Sayt üzrə statistika

  • 1
  • 647
  • 421
  • 9. 123

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.