Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı ərazisindəki piyada körpüsündə yanğın baş verib.
Yanğın körpüdə yerləşən mağazalardan birində başlayıb.
Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətdən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə-xilasetmə bölmələri cəlb edilib, alovun söndürülməsi istiqamətində işlər aparılır.
Yanğının səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki dəqiqləşdirilməyib.
Hadisə yerində 10-a yaxın yanğınsöndürmə briqadası çalışır.
