Skip to content
26 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər
  • Texnologiya

Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər

Oktyabrın 23-də "Hyatt Regency Baku" otelində korporativ İT infrastrukturunun qurulması və inkişafına dair müasir yanaşmalara həsr olunmuş işgüzar görüş — "Business Breakfast by Elcore Distribution and Nutanix" baş tutub. Tədbir İT sektorunun nümayəndələrini və mövcud infrastruktur həllərinin səmərəliliyinin artırılmasında, xərclərin optimallaşdırılmasında və İT sistemlərinin yeni biznes yüklərinə hazırlanmasında maraqlı olan sifarişçiləri bir araya gətirib.
KiberSözçü 26 Oktyabr, 2026
Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər

Oktyabrın 23-də “Hyatt Regency Baku” otelində korporativ İT infrastrukturunun qurulması və inkişafına dair müasir yanaşmalara həsr olunmuş işgüzar görüş — “Business Breakfast by Elcore Distribution and Nutanix” baş tutub. Tədbir İT sektorunun nümayəndələrini və mövcud infrastruktur həllərinin səmərəliliyinin artırılmasında, xərclərin optimallaşdırılmasında və İT sistemlərinin yeni biznes yüklərinə hazırlanmasında maraqlı olan sifarişçiləri bir araya gətirib.

Görüşün təşkilatçıları qismində “Elcore Distribution” və “Nutanix” çıxış ediblər. “Elcore” şirkətin regionda tərəfdaşlıq ekosisteminin inkişafını və həllərin təşviqini təmin edərək, “Nutanix”in Azərbaycan və Qafqaz, həmçinin Mərkəzi Asiyanın digər ölkələrində distribyutorudur.

Tədbirdə məruzəçilər qismində “Nutanix”in Şərqi Avropa və MDB ölkələri üzrə regional meneceri Denis Lapaç və “Nutanix”in Şərqi Avropa və MDB ölkələri üzrə baş sistem mühəndisi Viktor Podkorıtov çıxış ediblər. Onlar platformanın imkanlarını təqdim edib, onun tətbiqinin praktiki ssenarilərini nəzərdən keçirib və iştirakçıların suallarını cavablandırıblar.

Virtuallaşdırmadan korporativ xidmətlərin vahid platformasına

Görüşün əsas mövzularından biri “Nutanix” imkanlarının ənənəvi hiperkonvergent infrastrukturun hüdudlarından kənara genişləndirilməsi olub. Məruzəçilər vurğulayıblar ki, müasir platforma virtuallaşdırma, konteynerləşdirmə, məlumatların saxlanılması, verilənlər bazasının idarə edilməsi və süni intellekt tətbiqlərinin işə salınması alətlərini özündə birləşdirir. Bu zaman infrastrukturu həm şəxsi məlumat mərkəzində, həm də bulud mühitində yerləşdirmək mümkündür.

Çıxış edənlər arxitekturanın çevikliyinə ayrıca diqqət ayırıblar. Hiperkonvergent konfiqurasiyalarla yanaşı, “Nutanix” xarici məlumat saxlama sistemləri ilə işləməyi dəstəkləyir və mövcud server resurslarından istifadə etməyə imkan verir. Belə yanaşma avadanlığın tam dəyişdirilməsinə ehtiyac duyulmadan infrastrukturun modernləşdirilməsi üçün əlavə imkanlar açır və təşkilatlara əvvəlcədən edilmiş investisiyaları daha səmərəli idarə etməyə kömək edir.

Təqdimat zamanı, həmçinin fayl və obyekt anbarları daxil olmaqla, unifikasiya olunmuş məlumat saxlama imkanları, eləcə də “Kubernetes” bazasında konteyner mühitlərinin idarə edilməsi nəzərdən keçirilib. Bu funksiyaların vahid platforma çərçivəsində birləşdirilməsi müxtəlif tərkibli infrastrukturun istismarı mürəkkəbliyini azaltmağa və ənənəvi tətbiqlərin, həmçinin müasir mikroservis yüklərinin idarə edilməsini sadələşdirməyə imkan verir.

İnfrastruktur tam dəyişdirilmədən miqrasiya

Müzakirənin mühüm istiqamətlərindən biri “VMware” və digər virtuallaşdırma platformalarından miqrasiya olub. Lisenziyalaşdırmadakı dəyişikliklər və infrastruktur həllərinin dəyərinin artması fonunda şirkətlər mövcud arxitekturaları yenidən nəzərdən keçirməyə və alternativ variantları qiymətləndirməyə məcbur qalırlar.

“Nutanix” nümayəndələri artıq istifadə olunan serverlərin və məlumat saxlama sistemlərinin bir hissəsini qoruyub saxlamaqla virtual maşınların yeni platformaya köçürülməsinə imkan verən yanaşmadan danışıblar. Xüsusilə, virtual maşınların miqrasiyasını sadələşdirmək üçün nəzərdə tutulmuş “Nutanix Move” aləti təqdim olunub.

Belə yanaşmanın praktiki dəyəri beynəlxalq şirkətlərin nümunələri ilə izah edilib. Səhiyyə sahəsindəki iri təşkilatla bağlı nəzərdən keçirilən keyslərin birində 16 000 virtual maşın 6 ay ərzində köçürülüb. Digər nümunədə isə miqrasiya maliyyə təşkilatına məlumatların gecə emalı vaxtını 45 dəqiqə azaltmağa, eyni zamanda infrastruktur və lisenziyalaşdırma xərclərini aşağı salmağa imkan verib.

Bu nümunələr nümayiş etdirdi ki, İT mühitinin modernləşdirilməsi mütləq şəkildə miqyaslı avadanlıq əvəzlənməsini nəzərdə tutmur. Düzgün planlaşdırma aparıldığı təqdirdə, təşkilatlar mövcud resurslardan istifadə edə, idarəetməni sadələşdirə və azad olunan büdcəni yeni rəqəmsal xidmətlərin inkişafına yönəldə bilərlər.

Hibrid və suveren buludlar

Görüşün digər əsas istiqaməti lokal infrastruktur və ictimai bulud xidmətlərini birləşdirən hibrid bulud mühitlərinin qurulması olub. İştirakçılara təşkilatların “Nutanix”i öz məlumat mərkəzində işə sala və idarəetməyə vahid yanaşmanı qoruyub saxlamaqla infrastrukturu bulud resursları hesabına genişləndirə biləcəkləri ssenarilər təqdim edilib.

Azərbaycan bazarı üçün suveren buludlar mövzusu xüsusi əhəmiyyət daşıyır. Təqdimat zamanı məruzəçilər müştəri mühitlərinin izolyasiyasını, girişə nəzarəti və məlumatların yerləşdirilməsi və işlənməsi tələblərinə əməl olunmasını təmin etməli olan dövlət təşkilatları və servis-provayderlər üçün bulud platformalarının qurulmasının memarlıq prinsiplərini nəzərdən keçiriblər.

Təqdim olunan imkanlar arasında çoxistifadəçili arxitektura, şəbəkələrin seqmentasiyası, resursların ayrı-ayrılıqda bölüşdürülməsi və infrastrukturun mərkəzləşdirilmiş idarə edilməsi yer alır. Bu mexanizmlər məlumatların izolyasiyası və idarəedilməsi tələbləri nəzərə alınmaqla, ümumi bulud mühitində bir neçə təşkilatın işini təşkil etməyə imkan verir.

İşgüzar fəaliyyətin fasiləsizliyi və qəza bərpası alətləri də ayrıca müzakirə olunub. Daxili replikasiya və bərpa mexanizmləri virtual maşınların və konteyner tətbiqlərinin müdafiəsini təşkil etməyə, meydançalar arasında keçid ssenarilərini tənzimləməyə və infrastrukturun mümkün nasazlıqlara hazırşığını yoxlamağa imkan verir.

Süni intellekt: infrastruktur, idarəetmə və xərclərə nəzarət

Görüşün əhəmiyyətli hissəsi süni intellekt infrastrukturunun inkişafına həsr olunub. Məruzəçilər qeyd ediblər ki, süni intellektin tətbiqi təkcə hesablama resursları deyil, həm də yüklərin idarə edilməsi, QPU (GPU) istehlakına nəzarət və xidmətlərin işləməsinin fasiləsizliyinin təmin edilməsi alətlərini tələb edir.

Təqdimat çərçivəsində süni intellekt tətbiqlərinin konteyner mühitində işə salınması, bölmələr arasında hesablama resurslarının paylanması və modellərə çıxışın idarə edilməsi imkanları nəzərdən keçirilib. “Nutanix Enterprise AI” və süni intellekt xidmətlərinə çıxışı təşkil etməyə, istifadə limitləri təyin etməyə və token xərclərinə nəzarət etməyə kömək edən “AI Gateway” alətlərinə ayrıca diqqət ayrılıb.

Belə mexanizmlər korporativ süni intellekt assistentlərinin və muxtar agentlərin yayılması ilə əlaqədar olaraq xüsusilə aktual olur. Mərkəzləşdirilmiş idarəetmə olmadıqda, onların istifadəsi hesablama resurslarının nəzarətsiz istehlakına və xərclərin artmasına səbəb ola bilər. Bundan əlavə, məxfi məlumatlarla işləyərkən təhlükəsizlik tələblərini nəzərə almaq və hansı sorğuların korporativ perimetr daxilində, hansıların isə xarici modellərə ötürülərək emal oluna biləcəyini müəyyən etmək lazımdır.

Təqdim olunan ssenarilər miqyasa uyğunlaşma, idarəolunma və məlumatların qorunması tələbləri nəzərə alınmaqla vahid infrastruktur platformasının necə süni intellekt xidmətlərinin inkişafı üçün əsas ola biləcəyini nümayiş etdirib.

Sifarişçilərlə dialoq tərəfdaşlığın inkişafının əsasıdır

“Business Breakfast by Elcore Distribution and Nutanix” texnoloji vendor, distribyutor və sifarişçilər arasında peşəkar dialoq meydançasına çevrilib. İştirakçılar təkcə həllərin funksionallığını deyil, həm də mövcud infrastrukturun modernləşdirilməsi, platformalararası miqrasiya, bulud xidmətlərinin inkişafı və süni intellektin tətbiqi ilə bağlı konkret vəzifələri müzakirə etmək imkanı əldə ediblər.

“Nutanix” nümayəndələri tərəfdaşlarla birlikdə sifarişçilərin infrastrukturunu təhlil etməyə, miqrasiya imkanlarını qiymətləndirməyə və keçidin optimal ssenarilərini seçməyə hazır olduqlarını vurğulayıblar. Bu prosesdə texniki ekspertiza və layihələrin müşayiətini təmin edən yerli tərəfdaşlıq ekosistemi mühüm rol oynayır.

"Elcore Distribution" üçün “Nutanix” istiqamətinin inkişafı Azərbaycanda və regionda müasir korporativ texnologiyaların əlçatanlığının genişləndirilməsi üzrə işin bir hissəsidir. Birgə tədbirlər sifarişçilərə platformanın imkanları ilə tanış olmağa, texniki məsləhətlər almağa və həllərin tətbiqi perspektivlərini öz biznes vəzifələri nəzərə alınmaqla qiymətləndirməyə imkan verir.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Azərbaycan biznes Elcore Distribution İT infrastrukturu Nutanix

Post navigation

Əvvəlki: “4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir
Sonrakı: Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bölmənin digər xəbərləri

“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir
  • Texnologiya

“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir

KiberSözçü 26 Oktyabr, 2026
Huawei Pura 90 Plus təqdim olundu, ön sifarişlər başladı
  • Texnologiya

Huawei Pura 90 Plus təqdim olundu, ön sifarişlər başladı

KiberSözçü 25 Oktyabr, 2026
Tokenləşdirilmiş səhmlər populyarlaşır: Yeni texnologiyalar maliyyə bazarlarını necə dəyişir
  • Texnologiya

Tokenləşdirilmiş səhmlər populyarlaşır: Yeni texnologiyalar maliyyə bazarlarını necə dəyişir

KiberSözçü 25 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 346)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (254)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (242)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (445)
  • Texnologiya (33)

Xəbər Trendi

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib 54420d05-4262-39a0-ab 1
  • Cəmiyyət

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr, 2026
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib 1754130306_medb 2
  • Cəmiyyət

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

26 Oktyabr, 2026
Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Y2QkT212YGGejrns8v b 3
  • Kateqoriyasızlar

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

26 Oktyabr, 2026
İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub Owi4gMHxdpYMufep v 4
  • Cəmiyyət

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub

26 Oktyabr, 2026
Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub 2CqBExsZeVMgI0v 5
  • Dünya

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

26 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3346) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (242) Kriminal (305) Mədəniyyət (97) Siyasət (445) Texnologiya (33) İdman (254) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 254
  • 189
  • 6. 719

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.