Skip to content
26 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • “4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir
  • Texnologiya

“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir

“4Sİ Akademiyası” çərçivəsində vətəndaşlar müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişafına xidmət edən 103 kitabdan elektron formatda Azərbaycan dilində ödənişsiz yararlana biləcəklər. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində yeni maarifləndirici layihəyə başlanılır.
KiberSözçü 26 Oktyabr, 2026
“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir

“4Sİ Akademiyası” çərçivəsində vətəndaşlar müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişafına xidmət edən 103 kitabdan elektron formatda Azərbaycan dilində ödənişsiz yararlana biləcəklər.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində yeni maarifləndirici layihəyə başlanılır. Layihə çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə SOCAR tərəfindən hazırlanmış, idarəetmə və biznes sahələrinə dair dünyanın tanınmış müəlliflərinin 103 kitabı vətəndaşların istifadəsinə verilir.

Layihənin əsas məqsədi dördüncü sənaye inqilabının yaratdığı dəyişikliklərə uyğun insan kapitalının inkişafına, sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına və müasir idarəetmə bacarıqlarının formalaşdırılmasına dəstək göstərməkdir.

Süni intellekt, avtomatlaşdırma və digər qabaqcıl texnologiyaların iş proseslərini dəyişdirdiyi bir dövrdə əmək bazarında yalnız texniki biliklərə deyil, həm də analitik və yaradıcı düşüncə, problem həll etmə, dəyişikliklərə uyğunlaşma, liderlik və komanda işi kimi bacarıqlara tələbat artır. Yeni layihə məhz bu bacarıqların inkişafına töhfə verməklə vətəndaşların peşəkar rəqabət qabiliyyətinin yüksəldilməsini hədəfləyir.

Kitablar www.pocketbook.az elektron kitabxanası vasitəsilə təqdim olunur. Platformada müasir idarəetmə, insan resurslarının inkişafı, liderlik, yaradıcı düşüncə, ünsiyyət və digər istiqamətlər üzrə 10 kateqoriyada Azərbaycan dilində kitablar yer alır.

Elektron kitabxanada yer alan “Dəyişikliyin idarə edilməsi”, “İnnovasiyanın təşviqi”, “Strategiya”, “Qərarların qəbul edilməsi”, “Layihənin idarə edilməsi”, “Virtual komandalar”, “Liderlik” və “Səriştələr” kimi kitablar müəssisələrdə texnoloji transformasiya proseslərinin səmərəli idarə olunması, innovativ yanaşmaların tətbiqi, strateji qərarların qəbulu və yeni iş mühitinə uyğunlaşma baxımından əhəmiyyətli biliklər təqdim edir. Bu istiqamətlər Sənaye 4.0 dövründə həm rəhbər şəxslər, həm də müxtəlif sahələr üzrə mütəxəssislər üçün vacib olan bacarıqların inkişafına xidmət edir.

Elektron kitabxanadan istifadə tam ödənişsizdir. Kitabları kompüter, planşet və mobil telefon vasitəsilə onlayn oxumaq, həmçinin PDF formatında yükləyərək internet bağlantısı olmadan mütaliə etmək mümkündür. Yaşayış yerindən asılı olmayaraq hər bir vətəndaş istənilən vaxt bu bilik resurslarından faydalana bilər.

Yeni təşəbbüs “4Sİ Akademiyası”nın insan kapitalının inkişafı, müasir bilik və bacarıqların əlçatanlığının artırılması və ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətinin davamıdır. Kitablarla tanış olmaq üçün: www.pocketbook.az

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: 4Sİ Akademiyası 4SİM elektron kitabxana İqtisadiyyat Nazirliyi SOCAR

Post navigation

Əvvəlki: Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
Sonrakı: Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər

Bölmənin digər xəbərləri

Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər
  • Texnologiya

Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər

KiberSözçü 26 Oktyabr, 2026
Huawei Pura 90 Plus təqdim olundu, ön sifarişlər başladı
  • Texnologiya

Huawei Pura 90 Plus təqdim olundu, ön sifarişlər başladı

KiberSözçü 25 Oktyabr, 2026
Tokenləşdirilmiş səhmlər populyarlaşır: Yeni texnologiyalar maliyyə bazarlarını necə dəyişir
  • Texnologiya

Tokenləşdirilmiş səhmlər populyarlaşır: Yeni texnologiyalar maliyyə bazarlarını necə dəyişir

KiberSözçü 25 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 344)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (254)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (242)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (445)
  • Texnologiya (33)

Xəbər Trendi

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Y2QkT212YGGejrns8v b 1
  • Kateqoriyasızlar

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

26 Oktyabr, 2026
İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub Owi4gMHxdpYMufep v 2
  • Cəmiyyət

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub

26 Oktyabr, 2026
Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub 2CqBExsZeVMgI0v 3
  • Dünya

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

26 Oktyabr, 2026
Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər 4
  • Texnologiya

Elcore Distribution və Nutanix Azərbaycanda korporativ İT infrastrukturunun yeni imkanlarını təqdim ediblər

26 Oktyabr, 2026
“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir “4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir 5
  • Texnologiya

“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir

26 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3344) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (242) Kriminal (305) Mədəniyyət (97) Siyasət (445) Texnologiya (33) İdman (254) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 254
  • 189
  • 6. 719

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.