Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət
  • Gündəm

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Ali Məhkəmdən veirlən xəbərə görə, iclası giriş sözü ilə açan
Cavidan 24 Yanvar, 2026
6974a43ae4a386974a n

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmdən veirlən xəbərə görə, iclası giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, Plenum Ali Məhkəmənin ötən ilki fəaliyyətinə həsr olunub.

Geridə qoyduğumuz ilin dövlətimiz və xalqımız üçün uğurlu olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi dövlət prinsiplərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Həmin il çərçivəsində Ali Məhkəmə tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, məhkəmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların ədalət mühakiməsinə inamının möhkəmləndirilməsinə xidmət edən mühüm addımlar atılıb.

İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və səmərəli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, hesabat dövründə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüququn inkişafının təmin edilməsi və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasında sabitliyin qorunması məqsədilə 44 üç ulduzlu qərar, 1 yeni dörd ulduzlu qərar, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardad, 2 yeni Plenum qərarı qəbul edilib. Bir sıra Plenum qərarlarına mühüm dəyişikliklər edilib, 4 Plenum icraatı üzrə müvafiq qərarlar qəbul olunub.

İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması qarşıda duran hədəflərdəndir.

Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.

Bildirilib ki, Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb. 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, 4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb. Baxılmış işlərdən 81,1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18,1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.

2025-ci ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 5227 işdən 62.1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 43.4 faiz işə mahiyyəti üzrə baxılıb, 9,6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 3246 işdən 27,4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz qərar dəyişdirilib.

Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub. Bildirilib ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8,3 faiz artıb. Apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb.

Hesabatda instansiyalar üzrə yekunlaşmış işlərin sayının yüksək olduğu və orta yekunlaşma göstəricisinin 85 faiz təşkil etdiyi qeyd olunub. Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edildiyi bildirilib. Qeyd edilib ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının sabitlik göstəricisi kifayət qədər yüksəkdir. Bu nəticələrin təcrübənin vahidliyinin təmin olunması, instansiyalar arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması, eləcə də hakimlərin peşəkarlıq səviyyəsinin artması ilə bağlı olduğu vurğulanıb. Yekunda aşağı instansiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi cari vəziyyəti müzakirə edilib.

Qeyd edilib ki, 2025-ci il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib.

Daha sonra Ali Məhkəmə Aparatının 2025-ci il üzrə hesabatı dinlənilib. Qeyd edilib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və təşkilati təminatı üzrə ardıcıl tədbirlər görülüb. Diqqətə çatdırılıb ki, 2026-cı ildə əsas prioritetlər rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron sənəd dövriyyəsinə keçidin tam təmin edilməsi, fəaliyyətin təhlilinin və monitorinqlərin avtomatik aparılması, süni intellekt elementlərinin tətbiqi olacaqdır.

Məruzələr ətrafında çıxış edənlər 2025-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.

Plenumda həmçinin “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun Qərar layihəsinin müzakirəsi aparılıb.

Sonda Plenumda Ali Məhkəmənin 2026-cı ilə dair İş Planı təsdiq edilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
Sonrakı: Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 77
  • 71
  • 4. 973

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.