Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya
  • Gündəm

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesləri geniş vüsət aldığı bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda tətbiq
Cavidan 24 Yanvar, 2026
6ea9ab1baa0efb9e19094440c317e21b

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesləri geniş vüsət aldığı bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəyi əsas müzakirə mövzusudur. 

Deputat Elman Məmmədov Modern.az-a bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda Prezidentin sərəncamı ilə xüsusi nümayəndəliklərin yaradılması bu ərazilərə aid əlavə komitə, komissiyanın yaradılmasına, eyni zamanda icra orqanının fəaliyyət göstərməsinə ehtiyac olmadığını göstərir:

Deputat qeyd edib ki, hazırda Qarabağda çox geniş miqyaslı işlər görülür və Prezidentin bu ərazilərə səfərləri həyata keçirilən işlərin real göstəricisidir:

“İnfrastrukturun yaradılması, yaşayış evlərinin və məscidlərin tikintisi, bərpası, iş yerlərinin açılması kimi bütün proseslərə xüsusi nümayəndəliklər nəzarət edir”.

Elman Məmmədovun sözlərinə görə, həm Qarabağda, həm də Şərqi Zəngəzurda əvvəldən mövcud olan icra hakimiyyətləri də fəaliyyət göstərir, lakin bu qurumlar hazırda əsasən fərqli istiqamətlər üzrə işləyirlər:

“İcra hakimiyyətləri bu gün əhalinin hələ Qarabağa köçməmiş hissəsi,- Bakı və digər rayonlarda yaşayan məcburi köçkünlərin problemləri ilə məşğul olur. Onların əsas missiyası Qarabağa köçəcək şəxslərin siyahısının hazırlanması, sosial vəziyyətlərinin öyrənilməsi, kimin daha tez köçəcəyinin müəyyənləşdirilməsidir”.

Deputat vurğulayıb ki, hazırda xüsusi nümayəndəliklər və icra hakimiyyətləri bir-birinin səlahiyyətlərinə müdaxilə etmədən fəaliyyət göstərir. Bununla belə, gələcəkdə idarəetmə modelində dəyişikliklər mümkündür.

“Cənab Prezidentin də qeyd etdiyi kimi, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli daha çevik, operativ və az məmur iştirakını tələb edən bir modeldir. Qarabağa tam köç prosesi başa çatdıqdan sonra həm xüsusi nümayəndəliklərin, həm də icra hakimiyyətlərinin fəaliyyətinin tənzimlənməsi zərurəti yarana bilər. Ola bilsin ki, həmin mərhələdən sonra icra hakimiyyətləri də ləğv edilsin. Bunu zaman göstərəcək”- deyə o sonda vurğulayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib
Next: 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 093721
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Cavidan 1 İyul, 2026
Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 115604
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 668)
  • Dünya (3. 430)
  • Gündəm (11. 914)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib” u8HwkL02lcV 1
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

1 İyul, 2026
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək Screenshot 2026-07-01 102316 2
  • İdman

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

1 İyul, 2026
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 3
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb Screenshot 2026-07-01 093721 4
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

1 İyul, 2026
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr Screenshot 2026-07-01 091200 5
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9668) Dünya (3430) Gündəm (11914) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.