Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir? – FOTO
  • Cəmiyyət

Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin
Cavidan 6 Yanvar, 2022
365896067

Xəbər verdiyimiz kimi, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib. O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin qurumun əməkdaşı olmadığını təsdiqləyib.

Bəs, uydurduğu yalanla sosial şəbəkələrdə müzakirə olunan Rasim Əhmədli əslində kimdir?

Azadmedia.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Əhmədli Rasim İkram oğlu 1981-ci ildə Mingəçevirdə anadan olub. O, ötən il özünü Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin Gənclər Təşkilatının sədri kimi təqdim edib. İddia edib ki, qazidir və birinci Qarabağ müharibəsində iştirak edib.

Rasimin iddiasına görə, 11 yaşında (!) könüllü olaraq birinci Qarabağ savaşında Bakı batalyonunun tərkibində döyüşlərdə iştirak edib və 1994-95-ci illərdə yaralanıb.

Rasimin yalanlarına gəlincə, bu, onun ilk belə əməli deyil. O, bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevdə də insanların etibarından sui-istifadə edərək bir neçə azərbaycanlıdan qazi adıyla pul yığıb. Bundan başqa, daha bir şəxsdən qazi kimi 300 manat alıb. Bir il öncə isə qazi adından istifadə edərək elektronika mağazasından 2500 manat dəyərində telefon götürərək aradan çıxıb. Bu, onun bizə bildirilən əməlləridir. Məlumata görə, Rasim Əhmədli yalanları ilə daha çox insanı aldatmağı bacarıb.

2019-cu ildə isə Rasim Əhmədli məsuliyyətə cəlb olunub. O, həmin ilin sentyabrında keçmiş arvadının üzərinə neft tökərək onu yandırmağa cəhd göstərib. Bu azmış kimi, Rasimi sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa da cəhd edib. Həmin vaxt Bakının Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Rasim Əhmədli müxtəlif vaxtlarda dörd dəfə dələduzluq maddəsi ilə də məsuliyyətə cəlb olunub.

Əvvəllər Maştağa qəsəbəsinin sakini olan Rasim, 2009-cu ildə Ü.Hacıbəyov küçəsində yerləşən körpüdən özünü atmaq istəyib. Lakin ətrafda olan şəxslərin və polis əməkdaşlarının müdaxiləsi nəticəsində onun intihar etməsinin qarşısı alınıb.

Onu da qeyd edək ki, Rasim Əhmədli bundan öncə Müdafiə Nazirliyinin də polkovnik rütbəsində dolaşıb, qurumun forması ilə məclislərə qatılıb. Vətən müharibəsindən sonra isə bir çox yerlərə Xüsusi Təyinatlı Qüvvələrin forması ilə gedir. Ümumiyyətlə, bir sıra insanları aldadan Rasim, Vətən müharibəsində iştirak belə etməyib.

Məqaləyə dair fotomateriallar:

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Almatıda xüsusi antiterror əməliyyatı başlayıb
Next: KTMT sülhməramlıları Qazaxıstanda nə edəcək?

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 155526
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 150724
  • Cəmiyyət

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 635)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 1
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 2
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 3
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 4
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb Screenshot 2026-06-23 152232 5
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9635) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.