Skip to content
11 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Azərbaycan son illərdə fəal xarici siyasət, enerji və nəqliyyat diplomatiyasının inkişafı, hərbi potensialın artırılması və qlobal təşəbbüslərdə iştirakı
Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 155526

Azərbaycan son illərdə fəal xarici siyasət, enerji və nəqliyyat diplomatiyasının inkişafı, hərbi potensialın artırılması və qlobal təşəbbüslərdə iştirakı sayəsində beynəlxalq arenada mövqelərini möhkəmləndirib və orta güc statusunu formalaşdırıb.

Bu barədə “EU Reporter”in məqaləsində bildirilib.

Məqalə müəllifləri Azərbaycanın orta güc kimi qiymətləndirilməsinə əsas verən başlıca amillər sırasında ölkənin fəal və çoxşaxəli xarici siyasətini qeyd edirlər. Qeyd olunub ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və BMT də daxil olmaqla, beynəlxalq platformalarda nəzərəçarpacaq rol oynayır.

Məqalədə vurğulanıb ki, rəsmi Bakının xarici siyasət kursu həm regional, həm də qlobal səviyyələrdə sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın möhkəmləndirilməsinə yönəlib.

“Azərbaycanın çoxtərəfli diplomatiyada fəal iştirakı, beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüsləri və regional əməkdaşlıq layihələri onun beynəlxalq sistemin konstruktiv iştirakçısı kimi mövqelərini möhkəmləndirir. Eyni zamanda, Ermənistanla davamlı sülhün əldə olunması istiqamətindəki səylər Azərbaycanın regional siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Beləliklə, orta güc kimi ölkənin xarici siyasəti yalnız milli maraqların qorunmasına deyil, həm də Cənubi Qafqazda və onun xaricində sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir”, – nəşrdə qeyd olunub.

Müəllif Azərbaycanın geostrateji mövqeyinə xüsusi diqqət çəkir. Onun sözlərinə görə, ölkə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir, bu da onun beynəlxalq logistikada əhəmiyyətini xeyli artırır.

“Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələr Azərbaycanın regional nəqliyyat-logistika habı kimi rolunu gücləndirir”, – məqalədə bildirilib.

Azərbaycanın beynəlxalq təsirinin ən mühüm alətləri sırasında “EU Reporter” enerji diplomatiyasını da qeyd edir. Vurğulanıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələrinin icrası sayəsində enerji təhlükəsizliyi sahəsində Avropanın əsas tərəfdaşlarından birinə çevrilib.

“Xüsusilə Rusiya–Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqının enerji tədarükünün diversifikasiyası siyasəti üçün Azərbaycanın əhəmiyyəti xeyli artıb. Bundan əlavə, Azərbaycan regionda ən güclü hərbi potensiallardan birinə malikdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbə və ölkənin ərazi bütövlüyünün bərpası onun hərbi imkanlarını və strateji çəkisini əhəmiyyətli dərəcədə gücləndirib. Hərbi qüdrətin və diplomatik potensialın vəhdəti Azərbaycanın orta güc kimi statusunu möhkəmləndirən əsas amillərdən biri olaraq qalır”, – materialda bildirilib.

Post navigation

Previous: Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Next: DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

Bölmənin digər xəbərləri

Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-10 124503
  • Cəmiyyət

Sabah yağış yağacaq, güclü külək əsəcək

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-10 121949
  • Cəmiyyət

Sabah Astarada qaz olmayacaq

Cavidan 10 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 910)
  • Dünya (1. 003)
  • Gündəm (3. 256)
  • İdman (214)
  • İqtisadiyyat (149)
  • Kateqoriyasızlar (188)
  • Kriminal (264)
  • Mədəniyyət (93)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

10 Avqust, 2026
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır Screenshot_20260810_173149_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

10 Avqust, 2026
Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib Screenshot_20260810_164042_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

10 Avqust, 2026
Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək Screenshot_20260810_150945_com_android_chrome_ChromeTabbedActivity 4
  • Mədəniyyət

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

10 Avqust, 2026
Azərbaycan nefti cüzi bahalaşıb Screenshot_20260810_141358_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

Azərbaycan nefti cüzi bahalaşıb

10 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2910) Dünya (1003) Gündəm (3256) Kateqoriyasızlar (188) Kriminal (264) Mədəniyyət (93) Siyasət (395) Texnologiya (15) İdman (214) İqtisadiyyat (149)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.