Skip to content
1 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Qərbi Azərbaycan İcmasından AŞPA prezidentilə bağlı BƏYANAT
  • Cəmiyyət

Qərbi Azərbaycan İcmasından AŞPA prezidentilə bağlı BƏYANAT

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana
Cavidan 12 Aprel, 2025
1744453630_teodoros-russopulos

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə ifadə etdiyi irqi ayrı seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayıb.

İcma bəyan edib ki, T. Rusopulosun qaba, məsuliyyətsiz danışığı bir daha AŞPA-nın mənəvi iflasını göstərir.

“AŞPA regionda ən böyük insan hüquqları pozuntusu olan, bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına biganə qalmışdır. Qurum özünün anti-Azərbaycan mahiyyətini və Azərbaycan xalqına qarşı irqçi yanaşmasını Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra açıq şəkildə ortaya qoymuşdur.

Azərbaycanın Ermənistanın otuz illik işğala son qoymasına və beləliklə 700 mindən artıq azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtması imkanı əldə etməsinə “kədərlənən”, Ermənistandan qovulmuş yüz minlərdə azərbaycanlının qayıdış hüququna faktiki olaraq qarşı çıxan Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir.

Hazırda mövcud olan gərgin qlobal geosiyasi vəziyyətdə T.Rusopulos və onun düşüncəsində olanlara elə gəlir ki, dünya yalnız AŞPA-nın zalından ibarətdir, məsuliyyətsiz, boğazdan yuxarı danışır və “müstəsnalıqları”na inanırlar.

Qərbi Azərbaycan İcması Avropa ictimaiyyətinə və sağlam düşüncəli siyasi qüvvələrə müraciət edərək, Avropa qitəsində qarşıdurma, irqçilik yayan və kimə xidmət etdikləri bəlli olmayan bu ünsürlərə qarşı mübarizə aparmağa çağırır”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan, Gürcüstan, Ermənistan XİN başçıları bir araya gəldilər
Sonrakı: Antalyada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilir

Bölmənin digər xəbərləri

  • Cəmiyyət

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Cavidan 31 Oktyabr, 2026
  • Cəmiyyət

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Cavidan 31 Oktyabr, 2026
6ae5b0b4234246ae5b0b42342517934378766ae5b0b4234226ae5b0b423423 (1)
  • Cəmiyyət

Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq

Cavidan 31 Oktyabr, 2026

Teqlər

1Password Acer Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bank infrastrukturu biznes Business Edgerunners Epic Games Store HDD informasiya təhlükəsizliyi innovasiya Kiber təhlükəsizlik Netflix Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pulsuz QNAP Reytinq rəqəmsal iqtisadiyyat Rəqəmsal İmza Science smartfon spacex startap Süni intellekt SİMA İmza Texnologiya texnopark TravelLite Təhlükəsizlik vergi güzəştləri WebTrust for CA World İT xəbərləri İş

Bölmələr

  • Cəmiyyət (3. 379)
  • Dünya (1. 106)
  • Gündəm (3. 493)
  • İdman (258)
  • İqtisadiyyat (174)
  • Kateqoriyasızlar (245)
  • Kriminal (308)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (43)

Xəbər Trendi

Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var 6ae5cd9050d896ae5cd90 V83d33f61613ab3231d39ec2f 1
  • Dünya

Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var

31 Oktyabr, 2026
Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır 2
  • Cəmiyyət

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

31 Oktyabr, 2026
Uzaqdan idarəetmə funksiyasına malik Nokia 2360 Flip düyməli telefonu təqdim olundu Uzaqdan idarəetmə funksiyasına malik Nokia 2360 Flip düyməli telefonu təqdim olundu 3
  • Texnologiya

Uzaqdan idarəetmə funksiyasına malik Nokia 2360 Flip düyməli telefonu təqdim olundu

31 Oktyabr, 2026
Qualcomm ARM çipli Lenovo IdeaPad Vibe noutbuku 30 saata qədər enerji yığmadan işləyir Qualcomm ARM çipli Lenovo IdeaPad Vibe noutbuku 30 saata qədər enerji yığmadan işləyir 4
  • Texnologiya

Qualcomm ARM çipli Lenovo IdeaPad Vibe noutbuku 30 saata qədər enerji yığmadan işləyir

31 Oktyabr, 2026
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq 5
  • Cəmiyyət

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

31 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3379) Dünya (1106) Gündəm (3493) Kateqoriyasızlar (245) Kriminal (308) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (43) İdman (258) İqtisadiyyat (174)

Sayt üzrə statistika

  • 7
  • 277
  • 198
  • 8. 088

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.