Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib
  • Cəmiyyət
  • Gündəm

Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib

Cavidan 17 Oktyabr, 2024
4f2c580b-19ef-35ec-a188-5e1d7c5c248d_850

2050-ci ilə qədər Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya, Polşa, Serbiya və Ukrayna kimi ölkələrdə məktəb yaşlı əhalinin sayı 2022-ci illə müqayisədə minimum 25 % azalacaq.

“Report” bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya (ECA) regionunun iqtisadi perspektivlərinə dair “Daha güclü inkişaf üçün daha yaxşı təhsil” adlı hesabatına istinadən xəbər verir.

Albaniya, Ermənistan, Bolqarıstan və Kosovoda məktəb yaşlı əhalinin sayı ən azı 30 % azalacaq.

Hesabatda qeyd edilir ki, 2022-ci ildə ECA regionu əhalisinin təxminən 122 milyon nəfəri 20 yaşadək şəxslər olub. 2030-cu ilə qədər bu rəqəm 119 milyondan bir qədər aşağı düşəcək, 2050-ci ildə isə 14 % azalaraq 106 milyon nəfərə çatacaq.

“Orta göstəricilər regionun müxtəlif hissələrində əhəmiyyətli fərqləri gizlədir. Mərkəzi Asiya ölkələrində 2050-ci ilə qədər məktəb yaşlı əhalinin sayının artacağı, regionun qalan ölkələrində isə əhəmiyyətli azalmaların olacağı gözlənilir.

Uşaqların sayının azalması infrastrukturun izafiliyinə və şagird-müəllim nisbətinin aşağı olmasına gətirib çıxaracaq. Bundan əlavə, təhsilin keyfiyyəti problemi getdikcə aktuallaşır: son on ildə ECA-da təhsilin səviyyəsi aşağı düşüb. Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqatda (PIRLS) iştirak edən ölkələrdə (Azərbaycan, Bolqarıstan, Şimali Makedoniya, Polşa, Rusiya və Türkiyə) dördüncü sinif şagirdlərinin orta balı 2006-cı ildəki 547-dən 2021-ci ildə 518-ə düşüb. Bu azalma eyni dövrdə orta balın 542-dən 526-ya qədər azaldığı Aİ ölkələrinin göstəricisi ilə müqayisədə bir qədər yüksək olub.

Bənzər tendensiya 15 yaşlılar arasında riyaziyyat üzrə PISA qiymətləndirmə tədqiqatının nəticələrində də müşahidə olunur: ECA-da orta bal 2012-ci ildəki 441-dən 2022-ci ildə 427-yə enib. Bu, PISA üzrə orta balın 490-dan 475-ə qədər azaldığı Aİ-dəki göstəricilərlə müqayisə olunandır. Finlandiya və Polşada ən yüksək göstəricilər təxminən 30 bal aşağı düşüb – bu, bir-iki illik təhsilə bərabərdir (Avvisati və Givord 2021). ECA ilə Şərqi Asiyanın ən yaxşı ölkələri arasında riyaziyyat fənni üzrə təhsil səviyyələrindəki fərq 2012-ci ildəki 114 baldan 2022-ci ildə 117 bala yüksəlib ki, bu da dörd il yarımlıq təhsilə bərabərdir. COVID-19 pandemiyasından sonra ECA-da şagirdlərin müvəffəqiyyət dərəcəsi hətta ən yaxşı təhsil sisteminə malik olan region ölkələrində belə nəzərəçarpacaq dərəcədə pisləşib”, – Dünya Bankının hesabatında vurğulanıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Naxçıvanda erkən nikahın qarşısı alındı
Next: Küləklə bağlı daha bir xəbərdarlıq

Bölmənin digər xəbərləri

Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026
Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Cavidan 3 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 433)
  • Gündəm (11. 923)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Neftin qiyməti 72 dolları ötüb 6a3cb1706cada6a v 1
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

4 İyul, 2026
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib Screenshot 2026-07-04 083132 2
  • Kateqoriyasızlar

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

4 İyul, 2026
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Screenshot_20260703_155046_com_android_chrome_ChromeTabbedActivity 3
  • İdman

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

3 İyul, 2026
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3433) Gündəm (11923) Kateqoriyasızlar (520) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.