Skip to content
26 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 498)
  • Dünya (3. 380)
  • Gündəm (11. 798)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 391)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 995)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

600 minlik yeyinti edən baş həkim – “Bunu təkbaşına görməmişəm”

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət
Cavidan 4 Dekabr, 2021

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

30 ilə yaxın xəstəxanada baş həkim olan Rəsul Baxşəliyev bir sıra şəxsləri kağız üzərində bağban, tibb bacısı, sanitar, həkim kimi işə götürərək onlar üçün ayrılan maaşları mənimsəyib. 1992-2021-ci illərdə xəstəxananın baş həkimi olmuş Baxşəliyevin adını rəsmiləşdirdiyi şəxslər arasında öz qızı Sitarə Baxşəliyeva da olub. O, qeydiyyatçı kimi işə götürülsə də, heç vaxt işə gəlməyib. Amma maaş kartına aylıq 270 manat pul köçüb.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb.

Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.

85 yaşlı baş həkim Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Bu məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən bu işi təkbaşına görməmişəm”.

Baxşəliyev istintaqdakı ifadəsində isə deyib ki, müavini İbrahimova hər ay kartlardan pulları çıxararaq ona verirdi: “Həmin vəsaitləri sonra öz aramızda bölürdük. Zinyət İbrahimova hər ay maaş kartlarından 2000 manat çıxarıb mənə verirdi. Bunun içində 400 manat öz maaşım idi. Adları işçi kimi rəsmiləşdirilmiş şəxslərə iş stajı yazılırdı deyə bununla razılaşmışdılar. Əməlimdən peşmanam”.

Qeyd edək ki, baş həkim istintaq dövründə vurulan ziyanın 263 min manatını ödəyib. Həm R. Baxşəliyev, həm də müavini Z.İbrahimova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur.

Məhkəmə araşdırmaları davam edir.

Continue Reading

Previous: Sabahkı hava narahatlıq hissi yarada bilər
Next: Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi

Bölmənin digər xəbərləri

Putin İlham Əliyevi təbrik etdi
  • Cəmiyyət

Putin İlham Əliyevi təbrik etdi

25 May, 2026
Metronun hərəkət qrafiki dəyişdirilir
  • Cəmiyyət

Metronun hərəkət qrafiki dəyişdirilir

25 May, 2026
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
  • Cəmiyyət

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

25 May, 2026

Top 7 Xəbər

Putin İlham Əliyevi təbrik etdi 1

Putin İlham Əliyevi təbrik etdi

25 May, 2026
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki… 2

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki…

25 May, 2026
Metronun hərəkət qrafiki dəyişdirilir 3

Metronun hərəkət qrafiki dəyişdirilir

25 May, 2026
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub 4

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

25 May, 2026
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik 5

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

25 May, 2026
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 6

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 2026
Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq 7

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

25 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 498)
  • Dünya (3. 380)
  • Gündəm (11. 798)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 391)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 995)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9498) Dünya (3380) Gündəm (11798) Kateqoriyasızlar (496) Kriminal (1391) Mədəniyyət (351) Siyasət (2995) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Putin İlham Əliyevi təbrik etdi 25 May, 2026
  • İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki… 25 May, 2026
  • Metronun hərəkət qrafiki dəyişdirilir 25 May, 2026
  • Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub 25 May, 2026
  • Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik 25 May, 2026
© Addim.az | MoreNews by AF themes.