Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? – AÇIQLAMA
  • Cəmiyyət
  • Gündəm

Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? – AÇIQLAMA

“Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox
Cavidan 9 Sentyabr, 2023
1694181587_53d483551b74f2a9e6ed6071d986b0ed1691744083_426170382_0_0_2000_1125_1920x0_80_0_0_aa6f95f3c3d3b02c4aac71b957dd4317-jpg

“Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar”. 

Bu sözləri valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bölgələrdən Bakıya oxumağa gələn tələbə oğlanların kirayə ev tapmaqda qarşılaşdıqları çətinliklər haqqında danışarkən deyib.

Elnur Fərzəliyev qeyd edib ki, insanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar:

“Çünki əksər hallarda oğlanlar evə təmiz baxa bilmir, gigiyena qaydalarına riayət etmirlər. İstər mənzildə siqaret çəkmək, istərsə də dost-tanış oğlanları mənzilə toplayıb səs-küy yaratmaq kimi hallara rast gəlinir. Buna görə də çox vaxt oğlan kirayənişin mənzildə qalanda qonşuların şikayətləri olur. Ona görə də ev sahibləri evlərini daha çox ya tələbə qızlara, ya da uşağı olmayan gənc ailələrə kirayə verməyə çalışırlar ki, evin təmirinə də zərər dəyməsin”.

Ekspert vurğulayıb ki, bu problemlərin başlıca səbəbi kifayət qədər tələbə yataqxanalarının olmamasıdır:

“Bir vaxtlar tələbə yataqxanaları çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər daha çox tələbə yataqxanalarına sığınaraq orda yaşadılar. Amma daha sonra bəzilərinə dövlət ev verdi, hazırda da onların bir çoxu mərhələli şəkildə Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Amma yenə də tələbə oğlanların kirayə mənzil tapmasında problemlər qalır”. 

Elnur Fərzəliyev əlavə edib ki, bu gün istər qız, istərsə də oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var: 

“Şəhərin bir çox hissəsi sökülür. Köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri də sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orada yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayədə qalırlar. Onlar da mənzilləri uzun müddətli kirayə götürdükərinə görə, artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir”. 

Ekspert bildirib ki, bu problemlərin həllinin yeganə yolu tələbə yataqxanalarının bərpa olunmasıdır:

“Hazırda yaşayış üçün yaralı olmasa da, torpaq sahələri var. Həmin torpaq sahələrində müasir, hündürmərtəbəli yataqxanalar tikilərsə, tələbələrin ev problemi aradan qalxar, onlar bahalı kirayə mənzillərdən qurtulmuş olarlar. Bunun üçün universitetlər özləri də müraciət edə, yaxud Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər. Yasamal rayonunda Bakı Dövlət Universitetinin (BDU) yataqxanaları söküldü, orda sadəcə bir yataqxana var. Onu da “bizim yataqxanamız var” deyə gözmuncuğu kimi saxlayıblar. O yataqxanada əsasən xarici tələbələr qalır. BDU-nun minlərlə tələbəsi var, lakin yataqxanada minimal sayda tələbə qala bilər ki, bu da bölgələrdən gələn tələbələrə bəs eləmir”.

“Bakının bir çox ərazilərində olan bu yataqxanalar yenidən bərpa olunmalıdır. Belə olanda tələbələr, ailələri də bu problemdən qurtulmuş olarlar. Çünki tələbənin tək xərci kirayə ilə bitmir, onun yol, qida, geyim, təhsilhaqqı, kitab-dəftər pulu kimi xərcləri var. 4 ildə hansısa kasıb ailənin Bakı və digər böyük şəhərlərdə tələbə oxutmağa ayda 500 manatadan çox xərci çıxır. Hansı ki, bu pul bəlkə də bölgədə yaşayan ailənin bir aylıq qazancıdır. Buna görə də bəzən tələbə bu xərcləri ödəmək üçün məcbur qalıb işləyir. Onlar da təhsildən kənarda qalanda savadlı kadr olaraq yetişmirlər”, – deyə ekspert əlavə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramova iki yeni müavin təyin edildi
Next: Baydenin reytinqi rekord dərəcədə aşağı düşdü

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.