Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyət pisləşir – Maaşlar artacaq, amma…
  • Cəmiyyət

İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyət pisləşir – Maaşlar artacaq, amma…

Uzun müddətdir ki, əhali bahalaşmadan, xüsusilə də ərzaq məhsullarının günbəgün artan qiymətlərindən şikayətçidir. Bu narazılıq öz həllini tapmadan,
Cavidan 4 Noyabr, 2021
1636001991_0001

Uzun müddətdir ki, əhali bahalaşmadan, xüsusilə də ərzaq məhsullarının günbəgün artan qiymətlərindən şikayətçidir. Bu narazılıq öz həllini tapmadan, bir tərəfdən kommunal xidmətlərin qiyməti qaldırıldı, digər tərəfdən də dövlət rüsumlarının artırılması üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təkliflər səsləndirilir. Bütün bunların fonunda isə insanları düşünüdürən narahatedici suallar ortaya çıxır – bahalaşma hara qədər davam edəcək?

Bu istiqamətdə AYNA-nın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.

  • Xalid bəy, az qala hər şeydə sürətlə bahalaşma gedir. Ərzaq məhsullarının qiymət artımı necə deyərlər, lalı da dilə gətirib. Bu qiymət artımının əsas səbəbləri nələrdir?
  • Ərzaq məhsullarının qiymətinin sürətlə artmasının səbəbi dünya ərzaq bazarında baş verənlərlə bağlıdır. Qlobal miqyasda ərzaq qiymətləri indeksi ötən il ilə müqayisədə, təxminən, 33 fazi artıb. Bunun da bir çox səbəbləri var. Səbəblərdən biri də pandemiyanın dəyər zəncirində yaratdığı problemlərdir. Daşınma xərcləri həddindən artıq yüksəlib. İşçi qüvvəsi ilə bağlı ciddi çatışmazlıq problemi var. Eyni zamanda, iqlimlə əlaqəli məsələlərin də öz təsiri var. Bəzi xammal ixrac edən ölkələrdə quraqlıq hökm sürür. Başqa bir səbəb də, Dünya Mərkəzi Banklarının apardığı kəskin ucuz pul siyasətidir. Yəni pulu ucuzlaşdırırlar və əmtəənin qiyməti qalxır. Daxili bazar amillərinin də təsirləri var. Kommunal, enerji qiymətlərinin qaldırılması, ölkə daxilində baş verən infilyasiya ərzaq məhsullarının daxili bazarda bahalaşmasına təsir göstərir.
  • Bahalaşmada gömrük rüsumlarının payı nəqədərdir?
  • Bahalaşmada, xüsusən də ərzaq məhsullarının qiymətinin bahalaşmasında gömrük rüsumlarının təsiri və rolu yoxdur. Çünki hökumət əhalinin ərzaq qiymətlərinə həssas olduğunu bildiyinə görə bahalaşma başlayanda un, buğda məhsullarının Əlavə Dəyər Vergisini ləğv edib. Hətta sentyabr ayından dəyirmanlara subsidiya mexanizmi də təkmilləşdirilib və buğda, un məhsullarının bahalaşmaması üçün tədbirlər görülür. Yəni tətbiq olununan rüsumların heç biri ərzaq məhsullarına aid deyil. Artırılan rüsumlar isə gələn ildən olacaq. Bu baxımdan, rüsumların cari vəziyyətə heç bir təsiri yoxdur. Əksinə, dövlət ərzaq məhsullarının qiymətinin atmaması üçün müəyyən güzəştlər edir.
  • Əhali bahalaşmadan narazılıq edərkən, dövlət rüsumlarının da artırılması nəzərdə tutulur. Bu nəzərdə tutulan artım baş verərsə, vəziyyətin necə olacağı ilə bağlı proqnozlarınız nədir?
  • Rüsumların artırılması və aksizlərin tətbiqi əsasən spirtli içki məhsullarına, tütün məhsullarına, birdəfəlik xidmətlərin alınmasına istiqamətlənib. Onları tətbiqi də gələn ildən olacaq. Bu istiqamət tətbiq olunan rüsumlar əhalinin istehlak səbətində əhəmiyyətli yer almır. Artan rüsumlar elədir ki, onlara insanlar hər ay, hər il müraciət etmirlər, edənlər də imkanlı təbəqədir. Ona görə də sırf bu rüsumların artırılmasının əhalinin sosial vəziyyətinə ciddi təsirini proqnozlaşdırmıram. Amma dediyim kimi, qlobal ərzaq məhsulları qiyməti indeksinin artması, eyni zamanda, qeyri-ərzaq qiymətlərinin bahalaşması dövlətin xidmətlərinin qiymətinin artması, kommunal xidmətlərin bahalaşmasının əhalinin sosial vəziyyətinə ciddi təsiri gözləniləndir.
  • Hökumət tərəfindən maaşların artırılacağı bildirilib. Böyük artım gözləniləndirmi?
  • Bəli, maaşlarda artım gözləniləndir və hətta büdcənin avqust layihəsində də nəzərdə tutulmuşdu. Buna paralel olaraq oktyabr ayında da Prezident sərəncamı ilə hökumətin bu istiqamətdə tədbirləri sürətlə hazırlaması və büdcədə düzəlişlərin edilməsinə dair sərəncamı mövcuddur. Gözlənilir ki, həm dövlət sektorunda işləyən, dövlət idarəetmə aparatında – təhsil, səhiyyə, mədəniyyət, idarəetmə orqanları, hüquq-mühafizə orqanları və s. maaş alanların məvacibi artırılacaq. Dövlətdən sosial təqaüd, sosial müvainət, pensiya alan şəxslərin də müavinətləri artırılacaq. Bundan əlavə, minimum əməkhaqqının artırılması ilə özəl sektorda da əməkhaqqının artırılması gözlənilir. Bu, dəqiqdir.
  • Özəl sektorda işləyənlərə bu vəziyyət necə təsir edəcək? Əvvəlki maaşla artan qiymətlərə ayaq uydura biləcəklərmi?
  • Statistika Komitəsinin verdiyi məlumata görə, ərzaq qiymətləri indeksi son bir ildə ölkədə 10.4 faiz artıb, real orta əməkhaqqı isə çox aşağıdır. Son bir ildəki infilyasiya 8 faizin üzərindədir. Hazırda qiymətlərin artımı əməkhaqqını üstələyir. İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyətləri pisləşib. Özəl sektorun özü ciddi çağırış qarşısındadır. Aldıqları məhsulların, xidmətlərin dəyəri bahalaşmaqdadır. Dövlət də həm enerji resurslarının qiymətini qaldırıb, həm də mal və materialların qiyməti sürətlə bahalaşmaqdadır. Qiymətləri özəl sektor istədiyi kimi artıra bilmir. Çünki əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Özəl sektor üçün çətin perioddur və vəziyyətlə ayaqlaşmağa çalışır.

Hökumətin gələn ildə sosial xərclərinin və cari xərclərinin artmasından özəl sektor da faydalanacaq. Tələbat artacaq, insanların alıcılıq qabiliyyəti yüksələcək və özəl sektorda çalışan insanların da gəlirləri bir qədər arta bilər. Üstəlik də, cari xərclərin artması iqtisadiyyatda dinamikanı artıracaq və bundan özəl sektor qismən yararlanacaq. Lakin hazırda çətin dövrlərini keçirirlər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Avro bahalaşdı, lirə ucuzlaşdı
Next: Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Bölmənin digər xəbərləri

  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 155526
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 636)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib 1
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

24 İyun, 2026
İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 2
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 3
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 4
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 5
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9636) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.