Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır – DETALLAR
  • Cəmiyyət
  • Gündəm

Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır – DETALLAR

Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır. Addim.az “Report”a istinadən xəbər verir ki,
Cavidan 6 Aprel, 2023
1680758222_4fbb1f71-51af-34c9-8090-bdfdde6497cb_850

Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.
 
Addim.az “Report”a istinadən xəbər verir ki, uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.
 
Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə edilən məlumatlarda müalicə prosesinin davam etdirildiyini, durumu günü-gündən yaxşılaşdığını, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib.
 
Belə ki, 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
 
Ötən müddətdə verilən rəsmi məlumatlardan göründüyü kimi, cinayət hadisəsi ilk gündən terror aktı kimi qiymətləndirilərək faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
 
Həmçinin qeyd edilib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, kompleks tədbirlər görülüb, təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri həyata keçirilib, cinayətkarlar müəyyən olunaraq saxlanılıb, birgə axtarışlar və istintaq hərəkətləri aparılıb.
 
Artıq o da məlum olub ki, xüsusi xarakteri nəzərə alınaraq təhlükəsizlik orqanı tərəfindən məsələnin kompleks nəzarətə götürülməsi ilə əlaqədar hadisə aydınlaşdırılana və cinayətkar şəbəkə tam ifşa olunub zərərsizləşdirilənədək şəxsi təhlükəsizliyinin də təminatı kimi Fazil Mustafa ilk gündən DTX-nin Hospitalına köçürülüb.
 
Ötən gün yayılan məlumatlara əsasən isə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində Səbail rayon Məhkəməsində keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Laçın-Xankəndi yolundakı aksiyanın 116-cı GÜNÜ
Next: Qəzada ölənlər musiqiçinin ailə üzvləridir – 3 yaşlı Bayxan da həyatını itirdi…

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 174521
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 160045
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 151047
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 718)
  • Dünya (3. 452)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Axtarışda olan 83 nəfər saxlanılıb Screenshot 2026-07-11 094347 1
  • Kriminal

Axtarışda olan 83 nəfər saxlanılıb

11 İyul, 2026
Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb Screenshot 2026-07-11 091708 2
  • Kriminal

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

11 İyul, 2026
Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-10 174521 3
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

10 İyul, 2026
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub Screenshot 2026-07-10 172427 4
  • Dünya

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

10 İyul, 2026
Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH Screenshot 2026-07-10 162939 5
  • Siyasət

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9718) Dünya (3452) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.