Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH
  • Siyasət

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH

Avropa Parlamenti Türkiyə hərbi qüvvələrinin Şimali Kipr ərazisində mövcudluğundan narahat olduğunu növbəti dəfə bildirib. O, cümhuriyyətə məxsus silahlı
Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 162939

Avropa Parlamenti Türkiyə hərbi qüvvələrinin Şimali Kipr ərazisində mövcudluğundan narahat olduğunu növbəti dəfə bildirib. O, cümhuriyyətə məxsus silahlı qüvvələrin ölkə sərhədlərindən kənarda mövcudluğuna qarşı çıxaraq onların həmin əraziləri tərk etməsi tələbi ilə qətnamə qəbul edib.

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin son qətnamələrində ölkənin silahlı qüvvələrinə qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib. Ankara rəsmi olaraq bu qətnamələri əsassız, etibarsız və inandırıcı olmadığını bildirərək avroparlamentariləri qınayıb.

Nazirlik bunu Türkiyəyə qarşı böhtan dolu hücumlar adlandıraraq bunu Avropa Parlamentinin qərəzli və təhrif olunmuş yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirib: “Avropa Parlamentinin müəyyən dairələrin təsiri altında Kipr məsələsinə münasibətdə riayət etdiyi qərəzli və təhrif olunmuş yanaşmanın növbəti nümunəsidir”. Rəsmi Ankara İttifaq qurumlarının Kipr məsələsinə getdikcə daha çox tarixi reallıqlardan və qərəzsizlik prinsipindən uzaqlaşaraq yanaşmasının narahatlıq doğurduğunu da vurğulayıb.

Türkiyə XİN Türk Silahlı Qüvvələrinə qarşı əsassız və ağlasığmaz iddialar ehtiva edən qərar qətnaməninin onlar üçün “yox hökmündə” olduğunu da vurğulayıb.

Şimali Kiprin Xarici İşlər Nazirliyi də avroparlamentin Türkiyəyə qarşı qəbul olunmuş qərəzli qətnaməsini pisləyib.

Türkiyə ordusu adanın türklərə aid olan hissəsində beynəlxalq normalara və razılaşmalara uyğun olaraq xidməti davam etdirir.

Məlumatlara görə, onun üçün əsas hüquqi sənəd Türkiyə, Birləşmiş Krallıq və Yunanıstan arasında 1960-cı ildə imzalanan Zəmanət Müqaviləsidir. Bu müqavilə Türkiyəyə Kiprin müstəqilliyini, ərazi bütövlüyünü və konstitusiya quruluşunu qorumaq məqsədilə birtərəfli müdaxilə hüququnu tanıyır. Türkiyənin adadakı hərbi mövcudluğu bu müqavilənin 4-cü maddəsində göstərilib. Bildirilib ki, Kiprdə konstitusiya quruluşunun və ya müstəqilliyin pozulması halında zamin dövlətlər – Türkiyə, Britaniya, Yunanıstan vəziyyəti düzəltmək üçün birgə və ya təkbaşına müdaxilə etmə səlahiyyəti verir.

1959-cu ildə Sürix və Londonda qəbul edilən müqavilələr Türkiyənin adada müəyyən bir hərbi birlik (Kipr türk polku) saxlamasına hüquqi əsasdır.

1974-cü ildə Yunanıstandakı rejim adadakı hakimiyyəti devirərək kiprli türklərə qarşı zorakılıq aparıb. Bu özbaşınalığın qarşısını almaq məqsədi ilə uyğun müqavilələri əsas götürərək Türkiyə ordusu “Kipr Sülh Əməliyyatı”nı həyata keçirib. Bundan sonra 1974-cü il oktyabrın 1-dən 1975-ci il fevralın 13-dək Muxtar Kipr Türk Hökuməti, 1975-ci il fevarlın 13-dən 1983-cü il noyabrın 15-dək Kipr Türk Federal Dövləti olub. 1983-cü il noyabrın 15-də isə Şimali Kipr Türk Respublikası olaraq müstəqilliyini elan edib.

BMT tarixində Kipr məsələsi ən çox sənəd, hesabat və qərar hazırlanan diplomatik qovluqlardandır. Bunlar əsasən BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın qərarları, Baş Katibliyin Hesabatları və Həll Planları olmaqla dörd əsas başlıq altında toplanır. Adadakı icmalararası münaqişələri dayandırmaq məqsədilə BMT Sülhməramlı Qüvvələrinin (UNFICYP) adaya yerləşdirilməsinə qərar verən əsas sənəddir.

1990-cı illərdə Kipr türkləri və yunanların siyasi cəhətdən bərabər ortaqlar olduğu qeyd edilib və s.

2004-cü ildə BMT-nin ovaxtkı Baş katibi Koffe Annan Birləşmiş Kipr Respublikası adı altında iki federal dövlətdən ibarət bir quruluşu nəzərdə tutan layihə irəli sürdü. Həmin il aprelin 24-də məsələ üzrə referendum keçirildi. Siyasi kampaniyada iştirak etmiş türk sakinlərin 64,91 faizi bu planın lehinə, yunanların isə 75, 83 faizi əleyhinə səs vermişdi. Bununla da Koffe Annan planı yunanların məsələyə iddialı yanaşması səbəbindən uğursuzluğa uğradı.

Sonrakı dövrlərdə də adadakı mövcud münaqişənin həlli istiqamətdə atılan bütün addımlar nəticəsiz qalıb.

Türkiyənin Şimali Kiprdə qalmasına dair qısaca olaraq qeyd etdiyimiz əsaslar Avropa Parlamentinin problemin həlli ilə bağlı planının olmamasından xəbər verir. Bu qurum belə qətnamə və qərarları ilə problemləri, münaqişələri həll etməkdənsə, onun körüklənməsinə, dərinləşməsinə şərait yaradır.

Ada birmənalı şəkildə heç kimə məxsus deyil. Çünki yunanlar qədər türklər də adanın tamhüquqlu sahibi olduqlarını bildirirlər.

Tarixdən qısa arayış; Romanın süqutundan sonra adanı Bizans imperiyası idarə edib. Səlib yürüşlərində isə ada sonuncunun əlinə keçirib. 1570-ci ildə Osmanlı ordusu adaya nəzarət etməyə başlayıb. 1914-cü ilə qədər Kipr onun tərkibində qalıb. 1869-cu ildə Süveyş kanalı inşa edildikdən sonra adanın əhəmiyyəti artıb. Berlin konfransında Britaniyanın Osmanlını dəstəkləməsi ilə əlaqədar ada Britaniyanın idarəsinə verilib. 1925-ci ildən ada Böyük Britaniyanın koloniyası elan edilib. 1964-cü ildən adada BMT sülhməramlıları yerləşdirilib.

Adanın yunanlara aid hissəsi 2004-cü il mayın 1-dən Avropa İttifaqının üzvüdür. Beynəlxalq ictimaiyyət eyni hüququ Şimali Kipr üçün tanımaq istəmir. Əksinə, ona qarşı siyasi, diplomatik təzyiqləri artırır.

Son zamanlar Fransa ilə Yunanıstan və Kirpin yunan hissəsi ilə imzalanmış müqavilə əsasında fransızlar adanın bu hissəsinə ordu və hərbi texnika yeridir. Belə yanaşma ilə qarşı tərəfə hikkə, kin və nifrətin artmasına şərait yaradılır.

Tarix və hüquq baxımından hər iki etnosa beynəlxalq ictimaiyyət eyni mövqedən yanaşa bilərdi. Bu, adadakı münaqişənin, mübahisənin həllini də asanlaşdırar. Ancaq Aralıq dənizinin şərqindəki neft və təbii qaz mənbələri Kiprdə iki dövlət, iki millətin, yaxud iki millət bir federasiyanın, konfedarsiyanın qurulmasına mane olur.

Aralıq dənizinin şərqində 3,5 trilyon kubmetr təbii qaz, 1,7 milyard barel neft ehtiyatının olduğu təxmin edilir. Kiprin yunan administrasiyası həmin ərazidə beynəlxalq enerji şirkətləri ilə qazma işləri aparır. Türkiyə və Şimali Kipr də dəniz yurisdiksiya sahələrini qorumaq məqsədilə öz axtarışlarını davam etdirir.

Kiprin yunan hissəsinə aid dənizdə Afrodit, Calypso, Glaucus və Cronos kimi böyük təbii qaz yataqları kəşf edilib. Bölgədəki təbii ehtiyatların Avropaya çatdırılması üçün işlər aparılır. Yunanlar “ExxonMobil”, “Chevron” və “Eni” kimi qlobal enerji nəhənglərinə axtarış və qazma lisenziyaları verir.

Türkiyə Şimali Kiprin lisenziyalaşdırdığı sahələrdə “Fatih” və “Yavuz” kimi qazma gəmiləri ilə axtarış fəaliyyətləri apararaq bölgədəki hüquqlarını BMT-nin yanında uyğun qurumda qeydə aldırıb. Bundan başqa, Türkiyənin Şimali Kiprə elektrik enerjisi ilə təmin etmə layihəsinə əlavə olaraq, birbaşa Təbii Qaz Boru Kəməri qurulmasına dair qarşılıqlı razılaşmalar imzalanıb. Şimali Kipr bu strateji xətt ilə enerji təhlükəsizliyinin təmin edilməsi və təbii qaz tədarükünü hədəfləyir.

Hazırda ada sahillərindən təbii qazın Avropaya daşınması geosiyasi rəqabətin əsas mövzularındandır.

Bu baxımdan, Avropa parlamenti iki istiqaməti hədəfləyir: birinci, Türkiyəni Kipr regionundan uzaqlaşdırmaq, ikinci isə Şimali Kipr və Türkiyəni Aralıq dənizinin şərqindəki karbohidrogen daşıyıcılarından məhrum etmək.

Ona görə də parlamentarilər Türkiyə ordusunun Şimali Kipr ərazisindən çıxması ilə bağlı qətnamə qəbul edirlər. Qeyd edək ki, onlar Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraq ərazisindən çıxmasına dair də qətnamə qəbul edirlər.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, ölkəsinin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini təmin etmək, regional terrora qarşı mübarizə aparmaq məqsədilə bu ölkələrin ərazisindədir.

Türkiyə Ordusunun həmin ölkələrdə yerləşməsi də, beynəlxalq hüquq və normalara əsasən, məqbul sayılır. Cümhuriyyət Suriya və İraqdan olan milyonlarla qaçqının Avropa İttifaqı ərazisinə axın etməsinin qarşısını alıb. İndiyədək onların bir qismi Türkiyədədir. Rəsmi Ankara Suriya və İraq ərazisində hərbçi yerləşdirməklə İttifaqın təhlükəsizliyini təmin edib.

Odur ki, avroparlamentin bu kimi qərarları ciddi sayılmır. Qurum bu kimi qətnamə və sənədlərlə Avropa İttifaqının aparıcılarından olan Fransa hakimiyyətinin sifarişini icra etmiş olur. Çünki onların Kiprin yunan hissəsinə yeritdikləri ordunun adadakı mümkün özbaşınalığının qarşısını Türkiyə Silahlı Qüvvələri ala bilər. Aralıq dənizinin şərqindən karbohidrogen daşıyıcılarını maneəsiz daşımağa nail olmağı hədəfləyirlər.

Deməli, avroparlamentdəkilərin davası Kiprdə Türkiyə ordusunun yerləşməsi deyil, bunu əldə “osman köynəyi” edərək əsl niyyəti gizlətməkdir. Belə ki, Fransa Kiprə ordu yerləşdirir, ona görə də avroparlamentdə belə şou yaradırlar. Ehtimal etmək olar ki, Avropa Parlamenti bununla da türklərsiz Kipri və Şərqi Aralıq dənizinin neft-qazını əldə etmək istiqamətində bir daha səy göstərirlər. Avropa Parlamenti bu kimi qərarları ilə artıq qeyri-ciddi, səmərəsiz, araqarışdıran, münaqişə yaradan, faydasız bir quruma çevrilir.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib
Sonrakı: Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Bölmənin digər xəbərləri

OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026
IVZME0LJqPupDFt3 b
  • Siyasət

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Cavidan 9 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 266)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 1
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 2
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 3
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 4
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq AZkdKUX7yURgCSsI V 5
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3266) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 110
  • 103
  • 4. 577

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.