Skip to content
31 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 521)
  • Dünya (3. 389)
  • Gündəm (11. 819)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (498)
  • Kriminal (1. 393)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır… – GƏLİŞMƏ

“İki il əvvəl qlobal böhran başlayanda iqstisadçılar, ekspertlər əmlak qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırırdılar. Qiymətlərin 20-30 faiz düşəcəyi qeyd
Cavidan 18 Oktyabr, 2021

“İki il əvvəl qlobal böhran başlayanda iqstisadçılar, ekspertlər əmlak qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırırdılar. Qiymətlərin 20-30 faiz düşəcəyi qeyd edilirdi. Ancaq faktiki olaraq fərqli bir durum müşahidə edilməyə başladı”.
Bu barədə Bizimyol.info saytına əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. O, qeyd edib ki, pandemiya ilə bağlı ölkədə təhsil obyektlərinin bağlanması, rayonlara gediş-gəlişə məhdudiyyətin qoyulması, kafe-restoranların fəaliyyətinin dayanması ilk olaraq kirayə bazarına təsir etdi.

“Regionlardan təhsil almağa gəlib, ucuz kateqoriyada olan mənzilləri kirayə götürən şəxslər gəlmədiyi üçün bu evlərin istifadəçiləri olmadı. Böyük şəhərlərdə kirayə götürülən əmlakların 15-18 faizi bu tələbələrin payına düşür. Karantinlə bağlı öz bölgələrinə qayıdan tələbələrin evləri boşaldı. Eyni zamanda günlük kirayə verilən evlər də boşaldı. Yəni ilk olaraq ucuz kirayə verilən əmlaklar təsirə məruz qaldı” – deyə E.Azadov bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl kafe-restoranların fəaliyyəti dayanmışdı və bu dayanma da əmlak bazarına təsir edirdi. Həmin ərəfədə ticarət obyektlərinin kirayəsi də düşdü. Vəziyyət tədricən düzəlsə də, ümumi daşınmaz əmlak bazarında xüsusi dəyişikliklərin olmadığını bildirən eskpert, daha çox inşaat sektorunda qiymətlərdə dəyişikliklərin olduğunu vurğulayıb.

“Bu, daha çox 2018-ci ildə tikinti normativlərinin dəyişdirilməsi ilə bağlıdır. Çünki tikinti sıxlığı əmsalı bazara təsir etməyə başladı. Eyni zamanda pandemiya dövründə tikinti sektorunun fəaliyyəti dayanmadı, işlər davam etirildi. Qiymətlərdə ciddi endirimlər olmasa da, kiçik endirimlər oldu. Tikinti şirkətləri müəyyən aksiyalar keçirdilər, endirimlər elan etdilər. Ancaq vəziyyətin ümumi qiymətlərə təsiri olmadı. Normativlərin və yeni vergi qaydalarının tətbiq olunması, eyni zamanda inşaat materiallarının qiymətinin qalxması sonrakı dövrdə ilkin bazarda, yəni daim fəaliyyətdə olan bazardakı qiymətlərin 15-17 faiz artımına səbəb oldu. Yeni tikililərin qiymətləri əvvəlkilərdən 15-17 faiz daha bahadır”,- deyə ekspert bildirib.

İkinci əl bazara gəldikdə isə,burada qiymətlərin 3-5 faiz ucuzlaşması müşahidə olunur. Bunun normal olduğunu qeyd edən E.Azadov bu ucuzlaşmanın bazara təsir etmədiyini əlavə edib. Qiymətlərdə olan dəyişiklik alıcılıq bazarına da təsir edib. Hazırda daşınmaz əmlak bazarında canlanma olduğunu qeyd edən mütəxəssis, bunu yeni tədris ilinin başlanması ilə əlaqələndirir. Onun fikrincə, tədris ilinin başlanması ilə bağlı, regionalrdan tələbələr gəlir və ucuz kirayə bazarında qıtlıq yaşanır. Belə ki, əgər pandemiya dövründə ucuz evlərin qiyməti 20-25 faiz düşmüşdüsə, indi bahalaşma müşahidə edilir.

“Digər əmlakların qiymətində isə dəyişiklik yoxdur”,- deyə ekspert əlavə edib.

Continue Reading

Previous: Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi
Next: “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək

Bölmənin digər xəbərləri

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı
  • Cəmiyyət

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

30 May, 2026
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib
  • Cəmiyyət

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

30 May, 2026
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək

29 May, 2026

Top 7 Xəbər

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya… – ADLAR 1

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya… – ADLAR

30 May, 2026
İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı 2

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

30 May, 2026
KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır 3

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

30 May, 2026
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib 4

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30 May, 2026
ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir 5

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

30 May, 2026
KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 6

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

30 May, 2026
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 7

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

30 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 521)
  • Dünya (3. 389)
  • Gündəm (11. 819)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (498)
  • Kriminal (1. 393)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9521) Dünya (3389) Gündəm (11819) Kateqoriyasızlar (498) Kriminal (1393) Mədəniyyət (351) Siyasət (2996) Texnologiya (14) İdman (653) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya… – ADLAR 30 May, 2026
  • İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı 30 May, 2026
  • KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır 30 May, 2026
  • Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib 30 May, 2026
  • ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir 30 May, 2026
© Addim.az | MoreNews by AF themes.