“Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar”.
Bununla bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır:
“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”