Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib
  • Cəmiyyət
  • Gündəm

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

“Gazelli Art House”da “Her Art in Action” festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib. Festivalın ilk günündə VarYox
Cavidan 9 Mart, 2026
bYYflllQ4OzWerDWt1Z3VKP9P B

“Gazelli Art House”da “Her Art in Action” festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.

Festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və “Gazelli Art House” Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib.

Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, “Her Art in Action”, VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına, eləcə də Azərbaycanın beynəlxalq mədəni iştirakının gücləndirilməsinə həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

Qeyd olunub ki, üç il ardıcıl keçirilən “Her Art in Action” regionda qadınların yaradıcılığına və millətlərarası mübadiləyə həsr olunmuş nadir festival kimi çıxış edir. Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Gürcüstan, Misir, həmçinin Balkan bölgəsi, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir.

“Mənzərəyə açılan ev” mövzusu isə evi sabit məkan kimi deyil, qadın təcrübəsi ilə formalaşan dəyişkən bir vəziyyət kimi nəzərdən keçirir. Gündəlik məişət hüdudlarından çıxaraq, mövzu qadınların ictimai və şəxsi həyat, göz önündə olma və təklik, aidiyyət və müqavimət arasındakı gərginlikdə məkanı necə yaratdığını, müəyyən etdiyini, mübarizə apardığını və geri qaytardığını araşdırır.

Tədbir çərçivəsində, şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib.

Həmçinin sərgi iştirakçıları öz əl işlərindən Leyla Əliyevaya hədiyyə ediblər.

Sonda Leyla Əliyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

Festivalın builki buraxılışının kuratoru, multimedia rəssamı Sitara İbrahimbəyli martın 8-də keçirilən ilk sərgisinin açılışında 27 yerli və xarici rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib: “Üçüncü ildir ki, martın 8-də festivalın açılışını edirik. Ümumi üç açılış olacaq. Apreldə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin (Bilgəh) şagirdlərinin tanınmış müasir rəssamlarla dialoq əsasında yaradılan birgə sərgisi təşkil olunacaq. Üçüncü layihə isə İçərişəhərdə keçiriləcək və açıq havada fotoqrafiya gecəsi olacaq. Ümumilikdə üç ay ərzində 50-dən çox rəssamın əl işi sərgilənəcək”.

Müstəqil rəssam Kafiyə Eyvazova builki festivala “Pəncərədən baxış” əsəri ilə qatılıb. “Üç ildir festivala qatılıram və ilk dəfədir ki, xalça texnikasında iş təqdim edirəm. Əsər xovlu xalça texnikasında toxunub və insanları ailə strukturunu sorğulamağa dəvət edir. Burada kişi motivləri qadın motivlərini sanki qoruyurmuş kimi görünsə də, onu məhdudlaşdırır. Getdikcə qadının üz cizgiləri yox olur. Çünki məhdudiyyət insanın şəxsiyyətini arxa plana salır və görünməz edir. Əsər cəmiyyətimizə qadınlara dəyər verməyi, onları dinləməyi və azadlığını məhdudlaşdırmamağı tövsiyə edir”.

Festivala mayın 31-də yekun vurulacaq.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir
Next: Bəhreynin “Bapco Energies” şirkəti fors-major elan edib

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.