Skip to content
13 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı DANIŞDI
  • Cəmiyyət

Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı DANIŞDI

“Bacım polis bölməsində, bibimin və iki azyaşlı uşağının gözü qabağında qətlə yetirilib”. Bu sözləri ötən gün Nizami Rayon
Cavidan 1 Oktyabr, 2021
1633081058_243447825_1359492524449020_6151543219421084551_n

“Bacım polis bölməsində, bibimin və iki azyaşlı uşağının gözü qabağında qətlə yetirilib”.

Bu sözləri ötən gün Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq qətlə yetirdiyi Xanım Məmmədovanın qardaşı Əliyev Aqil Musa oğlu Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, bacısı 27 yaşlı Məmmədova Xanım Musa qızı həyat yoldaşından uzun müddət şiddət görüb:

“Dəfələrlə ailələrində qısqanclıq üstündə mübahisələri olurdu. Hər dəfə də ailədir, söz-söhbət olar deyib, bir yol tapıb barışırdı. Bacım dəfələrlə döyülüb. İki il əvvəl dubinka ilə bacımı bərk döymüşdü. Atamgildə qaldı. Sonra atamgil dedilər ki, ailədir, iki uşaq var, boşanmasın. Ailəsi dağılmasın deyə barışdırdılar. Bir il, il yarım ailəsində hər şey normallaşdı. Sonra yenə başladı həmin problemlər. Oğlu birinci sinfə gedir. Yenə qısqanclıq zəminində problemlər başladı və ailəsində söz-söhbət döyülməyə qədər gətirib çıxardı”.

A.Məmmədov deyir ki, İsmayıl Məmmədov qısqanclıq zəminində Xanım Məmmədovanı döysə də, mobil telefonu da özü alıb vermişdi. Növbəti qısqanclıq da elə buradan başlayıb:

“Bacıma mobil telefon alıb və “WhatsApp” tətbiqi yükləyib. O da orada oğlunun sinfinin valideynlər qrupunda yazışıb. Müəllimlər ilə uşağın dərsi ilə bağlı danışıblar. Gəlib deyib ki, “niyə məktəbi bəhanə edib başqa valideynlərlə danışırsan?” Qətlə yetirməzdən iki gün əvvəl bacımı möhkəm döyüb, qapını da bağlayıb gedib. Özləri kirayədə qalırdılar. Evdə qapının ikinci açarı olub. O işə gedəndən sonra bacım uşaqları da götürüb gedib bibimgilə. Bibimə deyib ki, “bu dəfə sondur, daha dözə bilmirəm, boşanacam”. 6 ildir qaldıqları evdə bacımı dustaq kimi saxlayıb. Bacım bəzi şeyləri bizdən gizlədib ki, ailəsi dağılmasın, biz narahat olmayaq.

Bibimgildə bizimlə danışdı, dedi ki, polisə ərizə yazacam. Biz dedik ki, vermə polisə, çıx gəl yanımıza, boşanarsan. Dedi ki, yox, artıq dözə bilmirəm. Axşam 102 Çağrı Mərkəzinə yığıb şikayət edib, onlar da ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə çağırıb. Bacım deyib ki, qorxuram, gəlmək istəmirəm, siz şikayətimi qəbul edin, sonra gəlib ərizə yazaram. Onlar isə deyib ki, sizin təhlükəsizliyiniz tam təmin ediləcək, narahat olmayın. Sentyabrın 30-da bacım iki uşağı və bibimi də götürüb səhər saat 8-də gedib Şöbəyə. Şöbədə tədqiqatçının yanında ərizə yazıb. Daha sonra tədqiqatçı deyib ki, yoldaşınızı da çağıraq, onun da izahatını alaq. Bacım yalvarıb ki, çağırmayın, mən gedim, sonra onun izahatını alarsınız. Tədqiqatçı isə deyib ki, “narahat olmayın, polis şöbəsindəsiniz və mən polis mayoruyam, burada sizə heç kim heç nə edə bilməz”.

A.Məmmədov deyir ki, tədqiqatçı İsmayıl Məmmədovu çağıranda polis maşınında dolu və atəşə hazır vəziyyətdə olan silahla otağa girib:

“Birinci otağa girəndə buraxmayıblar. O da deyib ki, oğlumu görüb, çıxacam. Elə qapını açıb, əyilib oğlunu öpəndə tez silahı çəkib bacımı vurub. Boğazdan aşağı bacıma 7 dəfə atəş açıb. Tədqiqatçı hadisə yerindən təxminən 10 metr aralıda olub. Tədqiqatçı qaçıb gələnə qədər bütün darağı boşaldıb. Oğlan şəhid ailəsidir, Xocalıdan olublar. Özü əvvəllər narkotik vasitə istifadəçisi olub. Dəfələrlə bacımı döyüb, söyüb, təhqir edib.

Bacımın meyiti ekspertizaya verilib. Bədənindən 6 güllə çıxarılıb, bir gülləni hələ çıxarmayıblar. Saat 12:00-da atamgil bacımın meyitini götürüb, gəlməlidirlər rayona. Atam uşaqları öz himayəsinə götürüb”.

A.Məmmədov deyir ki, bacısının azyaşlı oğlu hadisənin şokundadır:

“Balaca qızının 3 yaşı var, oğlu birinci sinfə gedir. Polis əməkdaşı bacımın oğlundan izahat alıb. Uşaq deyib ki, “atam anamı tapança ilə vurdu”. İndi o uşaqların psixologiyası necə olacaq? Bu uşaqların yetim qalmasında orada olan hər kəsin az da olsa günahı var”.

Qeyd edək ki, hadisədən sonra İ.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda 1 milyon əhali yaşayış minimumundan aşağıda dolanır – ARAŞDIRMA
Next: Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMR

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-13 145738
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyun, 2026
Ekran şəkli 2026-06-12 173806
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

Cavidan 12 İyun, 2026
Ekran şəkli 2026-06-12 162203
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Cavidan 12 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 592)
  • Dünya (3. 406)
  • Gündəm (11. 872)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 003)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib Screenshot 2026-06-13 145738 1
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

13 İyun, 2026
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb Ekran şəkli 2026-06-12 173806 2
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

12 İyun, 2026
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var Ekran şəkli 2026-06-12 165610 3
  • Dünya

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

12 İyun, 2026
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb Ekran şəkli 2026-06-12 162203 4
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

12 İyun, 2026
Xüsusi qabiliyyət imtahanlarına start verilir 6a2be826bf8a66a2be826bf8a7178126 b 5
  • Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

12 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9592) Dünya (3406) Gündəm (11872) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3003) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.