Skip to content
13 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • Azərbaycanda 1 milyon əhali yaşayış minimumundan aşağıda dolanır – ARAŞDIRMA
  • Gündəm

Azərbaycanda 1 milyon əhali yaşayış minimumundan aşağıda dolanır – ARAŞDIRMA

Statistikaya görə, ölkəmizdə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat,
Cavidan 1 Oktyabr, 2021
1633078105.yasayisminimumu

Statistikaya görə, ölkəmizdə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün isə 170 manat müəyyən edilib. 

2019-cu il üçün bu rəqəmlər yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

Rəqəmlərə baxdıqda görürük ki, il ərzində yaşayış minimumunun qiymətində cəmi 10-11 manat artım olub. Lakin mağazalarda qida məhsullarının qiyməti artır. Bir il əvvəl 2 manata təklif olunan yağ, artıq 4 manatdan yuxarı qiymətə təklif olunur. Şəkər tozunun qiyməti əvvəl 0.80 qəpik olduğu halda hazırda 1.20 azn-dən yuxarıdır. Bunun kimi bir çox məhsullarda qiymət artımı var. Lakin əhalinin bir hissəsinin rəsmi gəliri ilə dolanışıq səviyyəsi uyğun gəlmir.

Bəs görəsən, bu proseslər necə tənzimlənməlidir? Yaşayış minimumu ilə bağlı hansı problemlər öz həllini tapmalıdır?  

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda sosial ödənişlərin həcmi kifayət qədər aşağıdır: 

“Hətta minimum əmək haqqı və minimum təqaüdlər Azərbaycanda insanların gündəlik tələbatlarını ödəyəcək səviyyədə belə deyil. Buna görə də sosial müavinətlərin, təqaüdlərin, ödənişlərin, ümumiyyətlə, yaşayış minimumunun artırılması vacib şərtlərdən biridir”. 

Qanunvericilikdə də bəzi boşluqların olduğunu söyləyən N.Cəfərli deyir ki, bunun əsas səbəbi Azərbaycan hökümətinin yaşayış minimumunu, minimum əmək haqqını və təaqüdləri hesablayarkən minimum istehlak səbətini əsas götürməsidir.  

İllər keçsə də, minimum istehlak səbətinin hesablama qaydalarında dəyişiklik edilməsi ilə bağlı heç bir yenilik yoxdur. Buna görə də, hesablanan minimum məbləğlə əhalinin dolanışıq səviyyəsi uyğun gəlmir. Nəzərə alsaq ki, hətta qida məhsullarının qiymətində il ərzində xeyli artım müşahidə olunub. İqtisadçı deyir ki, bu məsələdə əsas problemlərdən biri minimum istehlak səbətinin hesablama qaydalarının həddindən artıq köhnə olmasıdır: 

“Hökumət hesablamalar zamanı elə bir qaydalar tətbiq edir ki, minimum istehlak səbətini hesablayarkən çox aşağı rəqəmlər alınır. Bu hesablamadan sonra alınan aşağı rəqəmlər digər sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin hesablanmasında və ödənilməsində əsas götürülür. Əgər alqoritmlərin addımını ardıcıl olaraq atmalı olsaq, ilk növbədə minimum istehlak səbəti ilə bağlı hesablamalar köklü şəkildə yenilənməlidir. Bu dəyişiklik yeni qaydalara və dünya təcrübəsinə uyğun aparılmalıdır.  Nəticə etibarilə dünya təcrübəsinə uyğun aparılmış yeni hesablamalarda minimum istehlak səbəti artacaq. Bu da qanunvericilikdə də nəzərdə tutulmuş qaydalara uyğun olaraq digər sosial ödənişlərin, təqaüdlərin, maaşların və minimum əmək haqqının artırılmasına səbəb olacaq. Bir sözlə əgər addım-addım gedəsi olsaq ilk növbədə minimum istehlak səbətinin hesablama qaydaları dəyişdirilməli və onlar yenilənməlidir”.

Açıqlanan sonuncu rəsmi statistika göstərir ki, adambaşına düşən aylıq gəlirə görə Azərbaycandakı ailələrin 9,8%-i yoxsul hesab olunur. Azərbaycandakı bütün ev təsərrüfatlarının 9,8%-də adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Kənd yerlərində bu göstərici 10,6%, şəhər yerlərində isə 9,3% olub. Azərbaycanda orta hesabla 2 milyon 456 min ev təsərrüfatının olduğunu nəzərə alsaq, o zaman ölkə üzrə təxminən 241 min ev təsərrüfatında adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Bu isə bir milyon əhalinin gəliri yaşayış minimumundan aşağıda dolanır.

Qeyd edək ki, “Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti pisləşdi
Next: Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı DANIŞDI

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-13 145738
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyun, 2026
Ekran şəkli 2026-06-12 173806
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

Cavidan 12 İyun, 2026
Ekran şəkli 2026-06-12 162203
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Cavidan 12 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 592)
  • Dünya (3. 406)
  • Gündəm (11. 872)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 003)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib Screenshot 2026-06-13 145738 1
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

13 İyun, 2026
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb Ekran şəkli 2026-06-12 173806 2
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

12 İyun, 2026
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var Ekran şəkli 2026-06-12 165610 3
  • Dünya

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

12 İyun, 2026
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb Ekran şəkli 2026-06-12 162203 4
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

12 İyun, 2026
Xüsusi qabiliyyət imtahanlarına start verilir 6a2be826bf8a66a2be826bf8a7178126 b 5
  • Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

12 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9592) Dünya (3406) Gündəm (11872) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3003) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.