Skip to content
16 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Azərbaycan tarixinin ən böyük əfvi – 801 məhkum
  • Gündəm
  • Siyasət

Azərbaycan tarixinin ən böyük əfvi – 801 məhkum

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin
Cavidan 8 May, 2023
1638343426.efv229

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərini inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqları müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətindən  verilən xəbərə görə, Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Sərəncamın məzmunu mətbuatda dərc ediləcəkdir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident Əli Əliyevi də ƏFV ETDİ
Next: Ermənilər Laçında ekskavatorumuzu ATƏŞƏ TUTDU

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 152001
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 752)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Screenshot 2026-07-15 172754 1
  • Cəmiyyət

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

15 İyul, 2026
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Screenshot 2026-07-15 170212 2
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

15 İyul, 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 3
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 4
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 5
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9752) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.