Türkiyədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkiləri təxirə salınmayacaq.
Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb.
“İnşallah millətimiz mayın 14-ü lazım olanı edəcək”, – deyə Türkiyə lideri qeyd edib.