Skip to content
26 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib
  • Cəmiyyət

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Cavidan 19 Mart, 2026
69bbd3b0beeb

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihə icra olunub.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, ərazidəki arakəsmə ləğv edilib və Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilib. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qaldırılıb.

Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.

Layihə icra edilmədən əvvəl Qələbə dairəsindən Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti və 20 Yanvar dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edirdi. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi sıxlığa səbəb olurdu. Yeni layihənin icrasından sonra Əbdülvahab Salamzadə küçəsi ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq və hərəkətin axıcılığı təmin ediləcək.

Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.

Post navigation

Previous: Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib
Next: Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Bölmənin digər xəbərləri

18
  • Cəmiyyət

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Cavidan 26 Avqust, 2026
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Cavidan 26 Avqust, 2026
8UxM8sTMQmm v
  • Cəmiyyət

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Cavidan 26 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 007)
  • Dünya (1. 029)
  • Gündəm (3. 316)
  • İdman (223)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib 18 1
  • Cəmiyyət

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust, 2026
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək 2
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

26 Avqust, 2026
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır 8UxM8sTMQmm v 3
  • Cəmiyyət

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

26 Avqust, 2026
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub mwzT3QaM1iPQnk0jjlhX v 4
  • Cəmiyyət

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

26 Avqust, 2026
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib 12 5
  • Cəmiyyət

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

26 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3007) Dünya (1029) Gündəm (3316) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (223) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.