Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Ramin Məmmədov kimdir? – Dosye
  • Gündəm
  • Siyasət

Ramin Məmmədov kimdir? – Dosye

Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul
Cavidan 1 Mart, 2023
FotoJet - 2023-03-01T134019.460

Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Addim.az məsul şəxsin dosyesini təqdim edir.

Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.

Deputat 2009-16-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb. R.Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunub.

Hazırda R.Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

O, həmçinin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.

Deputat “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

İngilis və rus dillərini bilir. Evlidir, bir övladı var.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Next: Ərdoğan prezident seçkilərinin tarixini açıqladı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 102620
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 682)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 1
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 2
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 3
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 4
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026
“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib Screenshot 2026-07-02 113942 5
  • Cəmiyyət

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9682) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.