Skip to content
30 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 520)
  • Dünya (3. 387)
  • Gündəm (11. 816)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

İlham Əliyev Ərdoğana məktub göndərdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Addim.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli
Cavidan 28 Oktyabr, 2021

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Addim.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq.

Əminəm ki, “Bir millət iki dövlət” şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Continue Reading

Previous: Azərbaycanda həbsə düşən generallar… – Fotolar
Next: İlham Əliyevdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA

Bölmənin digər xəbərləri

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
  • Gündəm

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

26 May, 2026
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki…
  • Siyasət

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki…

25 May, 2026
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
  • Siyasət

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

19 May, 2026

Top 7 Xəbər

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 1

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

30 May, 2026
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 2

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

30 May, 2026
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 3

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

30 May, 2026
IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb 4

IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb

29 May, 2026
Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb 5

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

29 May, 2026
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək 6

Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək

29 May, 2026
ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır 7

ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır

29 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 520)
  • Dünya (3. 387)
  • Gündəm (11. 816)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9520) Dünya (3387) Gündəm (11816) Kateqoriyasızlar (497) Kriminal (1392) Mədəniyyət (351) Siyasət (2996) Texnologiya (14) İdman (653) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 30 May, 2026
  • Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 30 May, 2026
  • Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 30 May, 2026
  • IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb 29 May, 2026
  • Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb 29 May, 2026
© Addim.az | MoreNews by AF themes.