Skip to content
13 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 416)
  • Dünya (3. 364)
  • Gündəm (11. 745)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 386)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycanda həbsə düşən generallar… – Fotolar

Xəbər verdiyimiz kimi, ötən Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq
Cavidan 28 Oktyabr, 2021

Xəbər verdiyimiz kimi, ötən Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərova hökm oxunub. Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir. R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

“Qafqazinfo”nun məlumatına görə, Rövşən Əkbərov həbsə düşən ilk general deyil.

İndiyədək Azərbaycanda bir neçə general rütbəli şəxs həbs həyatı yaşayıb ki, onlardan bəzisi artıq azadlıqdadır, bəziləri isə hələ də dəmir barmaqlıqlar arxasında gün sayır.

Bu məqamda Azərbaycanda həbsə düşən generalları təqdim edirik:

Əhməd Əhmədov

2000-ci ildən 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir.

Mənimsəmədə ittiham olunan sabiq nazir 11 il müddətində azadlıqda məhrum edilib.

Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

Azərbaycanda həbsə düşən generallar... - Fotolar

O, 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.

Onu da bildirək ki, sabiq nazir həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib. Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib.

Mövlam Şixəliyev

Azərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, Mövlam Şixəliyev də həbs olunan generallar sırasındadır.

Sabiq MTN generalı mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmaqda ittiham edilir.

M.Şixəliyevin məhkəməsi davam edir. Növbəti proses noyabrın 2-nə təyin olunub.

Nizami Şirinov

Həbs olunan digər general isə ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovdur.

Mövlan Şıxaliyev kimi Nizami Şirinov da MTN-in sabiq rəisi Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

General-mayorun həbs səbəbinə gəlincə, o, vəzifədə ikən müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almaqda 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməkdə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində məhkəməsi davam edir.

Elçin Quliyev (MTN)

Hazırda həbsdə olan general-mayor Elçin Quliyev vaxtilə MTN-də Antiterror Mərkəzinin rəisi olub.

Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

General E.Quliyev və əməkdaşları qanunsuz azadlıqdan məhrum etmədə, mütəşəkkil dəstə formasında quldurluq törətməkdə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda təqsirləndirilirlər.

O, 2017-ci ilin noyabrında məhkəmənin hökmü 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zakir Nəsirov

DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general-mayor da həbs həyatı yaşayıb.

Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general, 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov 2017-ci ilin martında Prezidentin sərəncamı ilə əfv olunub – onun ömürlük cəzası 15 illə əvəz edilib. Bundan sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Z.Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.

Akif Çovdarov

Yəqin ki, bu şəxslə bağlı əlavə məlumata ehtiyac yoxdur.

“MTN işi” ilə bağlı həbs edilən Çovdarov, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ötən il Prezidentin İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa çıxıb.

Əfqan Nağıyev

General-leytenant ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdi. Nağıyev həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.

Continue Reading

Previous: Baş nazirdən Azərbaycanın mülki müdafiə planı ilə bağlı SƏRƏNCAM
Next: İlham Əliyev Ərdoğana məktub göndərdi

Bölmənin digər xəbərləri

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur
  • Gündəm

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May, 2026
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Gündəm

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək 1

Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək

13 May, 2026
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib 2

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

13 May, 2026
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub 3

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub

13 May, 2026
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib 4

Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib

13 May, 2026
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib 5

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

13 May, 2026
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb 6

Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb

13 May, 2026
Rusiya yeni “Sarmat” raketini uğurla sınaqdan keçirib 7

Rusiya yeni “Sarmat” raketini uğurla sınaqdan keçirib

12 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 416)
  • Dünya (3. 364)
  • Gündəm (11. 745)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 386)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9416) Dünya (3364) Gündəm (11745) Kateqoriyasızlar (495) Kriminal (1386) Mədəniyyət (349) Siyasət (2989) Texnologiya (14) İdman (651) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək 13 May, 2026
  • Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib 13 May, 2026
  • “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub 13 May, 2026
  • Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib 13 May, 2026
  • Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib 13 May, 2026
© Addim.az | MoreNews by AF themes.